“TEXNİKA BANK” da bağlandı - Mərkəzi Bankdan daha bir qərar
"Qafqazinfo"ya daxil olan məlumata görə, Mərkəzi Bankın ötən gün keçirilən iclasında “Texnika Bank”ın lisenziyasının ləğv olunması ilə bağlı qərar qəbul edilib və gün ərzində AMB-nin rəsmi qərarı açıqlanacaq. “Texnika Bank” Müşahidə Şurasının sədri Etibar Əliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, dövlət orqanlarının qərarı nə olacaqsa, ona hörmətlə yanaşacağıq: “Bir müddət əvvəl bankın dirçəldilməsi ilə bağlı qərara necə hörmətlə yanaşmışdıqsa, bu dəfə elə olacaq. Amma bankın lisenziyasının ləğv edilməsi barədə məlumatım yoxdur. Rəsmi qurumun qərarını gözləmək lazımdır”. *** “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, artıq bankın əməkdaşlarına lisenziyanın ləğv olunması ilə bağlı məlumat verilib. Xatırladaq ki, banka bir müddət Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyev rəhbərlik etmişdi və adı dəyişdirilərək "Bank Technique" adlandırılmışdı. Ötən ilin oktyabr ayında isə Etibar Əliyev yenidən bankın rəhbərliyinə gətirilmişdi. Ona bankı defolt vəziyyətdən çıxarmaq həvalə olunmuşdu.