DAHA 2 BAHK bağlandı
Bu barədə Mərkəzi Bank məlumat yayıb.
ANS PRESS-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb. Bununla da yanvar ayı ərzində lisenziyası ləğv olunan bankların sayı 4-ə çatdı.
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 25 yanvar 2016-cı il tarixli, 06/1 və 06/3 nömrəli qərarları ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Yunayted Kredit Bank” ASC və “NBCBank” ASC-nin bank lisenziyaları ləğv edilib.
“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci və 52-ci maddələrinə uyğun olaraq 26.01.2016-cı il tarixdən banklara müvəqqəti inzibatçı təyin edilib.
Azərbaycan Respublikası Mərkəzi Bankı bildirir ki, “NBCBank” ASC və “Yunayted Kredit Bank” ASC-də Əmanətlərin Sığortalanması Fondu tərəfindən əhalinin qorunan əmanətləri üzrə qanunvericiliyə müvafiq olaraq kompensasiyaların ödənişi həyata keçiriləcəkdir.
“Yunayted Kredit Bank”ın ofisi
Bundan əvvəl isə daha 2 bankın lisenziyası ləğv olunub.
Azərbaycan Mərkəzi Bankı tərəfindən yanvarın 22-də "Gəncə Bank" ASC-nin və yanvarın 18-də isə "Bank of Azerbaijan"ın lisenziyası ləğv olunub.
Hər 2 bankın lisenziyası məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə ləğv edilib.