Bu bank bağlana bilər – Cəmi 20 gün vaxtı qaldı

Bu bank bağlana bilər – Cəmi 20 gün vaxtı qaldı Azərbaycan Mərkəzi Bankının kapital tələbi ilə bağlı ölkədə ən böyük problemi olan banklardan biri – “Yunayted Kredit Bank” hələ ki, məcmu kapitalını lazım olan həddə (50 milyon manata) çatdıra bilməyib.

Bu barədə fins.az-a bankdan məlumat verilib. Qurumda bildirirlər ki, hazırda “Yunayted Kredit Bank”ın nizamnamə kapitalı 29,8 milyon manat, məcmu kapitalı isə 27,3 milyon manatdır. Başqa sözlə, kapitalını lazım olan həddə çatdırmaq üçün qarşıdakı 20 gün ərzində (2014-cü ilin sonunadək) banka əlavə 22,7 milyon manat lazımdır.

Bankın özündə məsələyə hələlik optimist yanaşırlar. Buradan fins.az-a verilən məlumata görə, ilin sonuna qədər səhm emissiyası hesabına bankın məcmu kapitalının 50 milyon manata çatdırılması planlaşdırılır. “Təsisçinin xaricdə maliyyə vəsaitləri, daşınmaz əmlakı var. Yaxın günlərdə bu məsələ həll olunacaq” – deyə bankdan bildirilib.

Xatırladaq ki, bir qədər əvvəl “Yunayted Kredit Bank”ın İdarə Heyətinin üzvü Əmir Məsimov 50 milyon manatlıq tələbin demək olar ki, yerinə yetirildiyini bildirmişdi. İndi isə məlum olur ki, bu tələb nəinki yerinə yetirilməyib, hətta bankın kapitalı bu tələbdən 2 dəfə azdır.


Bu bank bağlana bilər – Cəmi 20 gün vaxtı qaldı






Fikirlər