07.08.2014 - Ödəniş kartları ilə 5,6 milyardlıq əməliyyat keçirilib

07.08.2014 - Ödəniş kartları ilə 5,6 milyardlıq əməliyyat keçirilibKredit kartları ilə əməliyyatların həcmi 45.5 faiz artıb
Azərbaycanda dövriyyədə olan ödəniş (plastik) kartlarının sayı 6 milyon ədədi ötüb.


Mərkəzi Bankdan verilən məlumata görə, bu ilin birinci yarısında ödəniş kartlarının sayı 330 min ədəd artıb. Artımın 202 min ədədi kredit kartlarının hesabına baş verib. Artıq kredit kartlarının sayı 1 milyon 144 min ədədi ötüb.

"Dövriyyədə olan ödəniş kartlarının 2 milyon 556 min ədədini sosial kartlar, 1 milyon 401 min ədədini əmək haqqı kartları, 1 milyon 144 min ədədini kredit kartları, 902 min ədədini digər kartlar təşkil edib.6 ay ərzində ödəniş kartları vasitəsilə 5,6 milyard manatlıq əməliyyat həyata keçirilib. Bu həcmin 4,6 milyard manatını və ya 82%-ni nağd pulun çıxardılması təşkil edib. Halbuki, 2013-cü ilin ilk 6 ayı ərzində 4,7 milyard manatlıq əməliyyatın 3,7 milyard manatını və ya 79%-ni nağd pulun çıxardılması təşkil edib”, - məlumatda deyilir.

Kredit kartları ilə də aparılan əməliyyatlar aybaay artır. Əgər 2013-cü ilin birinci yarısında kredit kartları ilə 747 milyon manatlıq əməliyyat aparılmışdırsa, artıq bu ilin eyni dövründə əməliyyatların həcmi 1 milyard 87 milyon manat təşkil edib (artım 45,5%). Azərbaycanda bir kredit kartına orta hesabla 950 manatlıq əməliyyat düşüb. 2013-cü ildə bu rəqəm 1170 manat idi.

Qeyd edilir ki, 2014-cü ilin yanvar-iyun ayları ərzində kredit kartları ilə də aparılmış 1 milyard 87 milyon manatlıq əməliyyatların 569 milyon manatı ATM-lər vasitəsilə, 240 milyon manatı POS-terminallar vasitəsilə ölkə daxilində həyata keçirilib. Yəni, əməliyyatların 809 milyon manatı ölkə daxilində, qalanı isə ölkə xaricində aparılıb.






Fikirlər