2 SAYLI Doğum Evində TİBB bacılarına «PLAN» qoyulub

Mehriban Abasquliyeva abortdan nə qədər pul qazanır?

 

 Ötən günlərdə Bakıxanov qəsəbəsində yerləşən 2 saylı Doğum Evində baş verən özbaşınalıqlarla bağlı xəbər vermişdik. JAM.AZ-a daxil olan məlumatlarda vurğulanırdı ki, Doğum Evinin müdirəsi Mehriban Abasquliyeva sözün həqiqi mənasında bazar açıb.

 

 Belə ki, sözügedən tibb ocağında ana olmaq istəyənlər əsl soyğuna məruz qalır. Onlara palatadan tutmuş, dərmana qədər hər şey satılır. Qeyd edilir ki, Abasquliyevanın təlimatı əsasəndə hətta kiçik tibb bacısı belə xəstənin yanından «ver görüm» demədən keçə bilməz.

 

Məsələn, burada palatalar iki yerə bölünür. Birinci yerə adi palata aiddir ki, onun üçün elə də pul tələb olunmur. Amma ikinci yerə daxil olan palatalar isə tam komfortludur. «Divarda televizor, küncdə soyuducu, yumuşaq döşək sərilmiş çarpayı, uşağın rahat yatması üçün beşik, kondisioner və sairə. Hərçənd bu otaqlara baxan tibb bacıları xəstələrin «dərisini soymaq»dan xüsusi həzz alırlar. Çünki 1-ci dərəcəli palatada hər hansı bir xidmət üçün 1-2 manat istəyirlərsə, digərində bu rəqəm 5 manatdan başlayır. Otağın həftəlik qiyməti isə 150 manatdır».

 

 Dünən JAM.AZ-a yazan daha bir valideyn isə üzləşdiyi mənzərədən bəhs edib. Adının çəkilməsini istəyən şəxs vurğulayır ki, 2 saylı Doğum Evində üzləşdiyi mənzərədən sonra bir daha ana olmaqdan qorxmağa başlayıb. «Təsəvvür edin ki, qapıdan içəri girən kimi, durumuna baxan yoxdur. Yalnız pul tələb edirlər. Filan şeyə pul ver, filan şey yoxdur, ona da pul ver. Bu proses cərrah bıçağı altına düşənə qədər davam edir. 2 saylı Doğum Evində bəri başdan pul verilməsə, adam xəstəxananın ortasında ölsə belə yenə onu doğuşa qəbul etmirlər».

 

 JAM.AZ-a məlumat verən gənc ana vurğulayır ki, uşaq dünyaya gətirdikdən sonra ödəmələrin sayı da artmağa başlayır. Onun sözlərinə görə, uşağın anaya göstərilməsi puldur. «İlk mərhələdə başa düşüləndir. Ola bilər muştuluq qismində uşağı sənə göstərirlər. Amma bu qaldığın hər gün keçərlidir. Pul verməsən, uşaq günlərlə ac qalsa belə yenə sənə gətirib verməzlər. Allah eləməmiş, gecənin bir aləmi uşaq xəstələnə və ya ona hər hansı bir narahatlıq yarana, mütləq pul səpməlisən. Yoxsa, körpə ölsə də, kimsə yaxın durmaz».

Bizə yazan gənc ana onu da deyir ki, tibb bacılarından belə vəziyyətin səbəbini də soruşub. «Onlar dedilər ki, Doğum Evinin müdirəsi Mehriban Abasquliyeva onlardan gündük haqq alır. Və konkret plan qoyub. Əgər ayın sonuna kimi tələb olunan məbləğ gətirilib verilməsə, işçini işdən çıxarırlar».

 

P.S

 2 saylı Doğum Evində abortun konkret qiyməti də var. Abort etdirmək istəyən qadınlardan şəxsiyyət vəsiqəsi niyə alınır? Sağlam uşaqlar niyə abort olunur?

 Sənədlərdə abortun “səbəbləri” kimi nə göstərilir? 100 manatdan başlayan abort işinə görə, həkimlər bə baş həkim ayda nə qədər qazanır?  Bütün bunlarla bağlı yaxın günlərdə…






Fikirlər