MƏMURun diplomu SAXTA çıxdı - FOTOFAKT

Məmurun diplomu saxta çıxdı

Şikayətçi Hafiz Əliyev: Akif Əliyevin saxta diplomunu üzə çıxartdığıma görə məni qanunsuz olaraq işdən çıxartdı.

Masallı DSMF-nin şöbə müdiri Elşad Abdullayevin universitetinə testdən kənar necə daxil olub?

Ötən gün "Masallı DSMF-nin müdiri Akif Əliyevlə bağlı prezidentə şikayət" başlığı altında dərc etdiyimiz yazıdan sonra şikayətçi, Biləsuvar rayon Həzi Aslanov küçəsi ev-58 də yaşayan Əliyev Hafiz Cəlal oğlu saytımıza özünün haqlı olduğunu və məhz buna görədə Akif Əliyev tərəfindən qanunsuz olaraq işdən çıxarılması ilə bağlı faktları elekton ünvanımıza yollayıb. Həmin faktları oxucularımıza təqdim etməmişdən öncə qeyd edək ki, Biləsuvar rayon sakini Hafiz Əliyevin iddiasına görə Akif Əliyev Biləsuvar DSMF-də şöbə müdiri işlədiyi dövrdə işçilərə qarşı qərəzli, zorakı mövqedə olub. Şöbə müdiri hər vəchlə işçilərini incidir və onlardan nəyisə umurmuş. 

Şikayətçi qeyd edir ki, o şöbədə müdir müavini vəzifəsində işləyib və dəfələrlə Akif Əliyevin bu cür hərəkətlərinə görə onunla aralarında söz söhbətlər olub. Şöbə müdiri ilə müavini arasında yaranan söz söhbətlərdən sonra isə Hafiz Əliyev Akif Əliyevin şəxsi işi ilə tanış olmağa başlayıb. Belə ki, Akif Əliyev Masallıda işlədiyi işdən çıxarılanda onun diplomunun saxta olması ilə bağlı söz söhbətlər gəzirmiş. Məhz buna görədə Hafiz Əliyev DSMF müdirinin diplomun saxta olub olmamasını örgənmək üçün Azərbaycan Respubilkası Tələbə Qəbulu Üzrə Dövlət Komisiyasına Akif Əliyevlə bağlı sorğu göndərib. Tələbə Qəbulu Üzrə Dövlət Komitəsinin şöbə müdiri Cingiz Xəlilovun imzası ilə Hafiz Əliyevə göndərilən cavab məktubu isə belə olub: Sizin 27 may 2013-cü il tarixli 30/03 249 saylı məktubunuza cavab olaraq bildiririk ki, Əliyev Akif Rəhman oğlu adlı şəxs (doğulduğu tarix 19/09/1966) 1992-2012 ci illər ərazində yalnız 1993, 1995, 1996, 1997,1998 ci illərdə ali və orta ixtisas təhsili müəsissələrinə keçirilmiş test imtahanlarında iştirak etmiş, lakin heç bir təhsil müəsissəsinə qəbul olunmamışdı. 

Şikayətçi Hafiz Əliyev qeyd edir ki, o Akif Əliyevin saxta diplomunu üzə çıxartdıqdan sonra şöbə müdiri, həmin vaxt DSMF-nin sabiq Aparat rəhbəri (indi ƏSMM-də aparat rəhbəridir) Əjdər Cəbiyevin əli ilə məni işimdən qanunsuz olaraq çıxartdı. Hafiz Əliyev bildirir ki, Masallı DSMF-nin şöbə müdiri diplomunu hazırda bağlanan Azərbaycan Beynəlxalaq Universitetindən rüşvətlə alıb. Həmin illər indi axtarışda olan rektor Elşad Abdullayev Azərbaycan Beynəlxalq Universitetində bazar açmışdı. Bundan istifadə edən Akif Əliyev isə rüşvət verərək adını "ali təhsil ocağına" yazdırmaqla, dövlətin heç bir sistemində qeydiyyatı olmayan diplom əldə edib. Bunu faktlarla sübut edən Hafiz Əliyev qeyd edir ki, hazırda TQDK-nın rəsmi saytına Akif Əliyevin adını soyadını axtarış sisteminə vuranda heç bir nəticə tapılmır. Yəni Akif Əliyevin diplomu dövlət qeydiyyatından  keçsəydi o zaman TQDK-nın saytında axtarış verdikdə  şöbə müdirinin adı çıxardı. 

Qeyd edək ki, işindən qanunsuz uzaqlaşdırlan Hafiz Əliyev işinə bərpa olunmaq üçün dəfələrlə məhkəmələrə müraciət edib. Vətəndaşın dediyinə görə onun işi iki dəfədir Ali Məhkəmədən geri qayıdır. Bu məsələyə görə Əliyyə naziri Fikrət Məmmədova, Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciətlər ünvanlasada hələki heç bir nəticə yoxdur. Tələbə Qəbulu Üzrə Dövlət Komisiyasının Akif Əliyevlə bağlı sorğusunu və TQDK-nın rəsmi saytında şöbə müdirinin adına heç bir qeydiyyatlı diplomun olmamasını təsdiq edən digər sənədi də oxucularımıza təqdim edirik.///azfakt.com

Qaynar.info

 






Fikirlər