Biz YAZDIQ, demokratik.az qazandı: OSMAN RZAYEV “əmi”sindən NƏ QƏDƏR alıb?

Biz yazdıq, demokratik.az qazandı: Osman Rzayev “əmi”sindən nə qədər alıb?Özünü “Proqnoz” və “Paralel” qəzetlərinin əməkdaşı kimi  qələmə verən Rzayev Osman Nəriman oğlu kimdir?

 Jurnalist adından şəxsi maraqları naminə ən ciliz formada yararlanan birisimi?

 Xeberinfo.com:  Diqqətli və sayqılı oxucularımıza da məlum olduğu kimi, bizxeberinfo.com olaraq həmişə haqqın yanında olmağa çalışmış, məlum qayda və prinsiplərə uyğun olaraq dövləti və milli maraqlarımıza xidmətçi olmuşuq. 

Təəssüf ki, hələ də şəxsi maraqlarının, cibinin əsirliyindən qurtula bilməyən “jurnalistlər” bu prinsipləri başa düşmək istəyindən uzaq olmaqdadır. Tıpkı demokratik.az adlı saytın boş redaktoru Osman Rzayev kimi... 

Məlum olduğu kimi, bir müddət öncə xeberinfo.com-da Gəncə Dəmir Yol Vağzalı ilə bağlı tənqidi yazı yer almışdı.  Yazı dərc olunmazdan öncə, vağzal rəhbərliyinin də mövqeyini öyrənməyə çalışdıq. Amma, alınmadı.

 Bundan sonra isə 29. 01 2016-cı ildə saat 16:48 radələrində  051-547-25-22 nömrəli telefondan bəndənizin mobil telefonuna  zəng olur. Özünü “Proqnoz” və “Paralel” qəzetlərinin əməkdaşı kimi təqdim edən Osman Rzayev məlum yazının saytdan çıxarılmasını xahiş edir: “Arif Mürsəlov (Yeri gəlmişkən sonradan məlum olur ki, əsl adı Mayıl imiş.) mənim əmimdir, xahiş edirəm o yazını saytdan çıxarın”, və s. Anlaşılmaz xahişindən sonra isə, söhbətinə “şirinlik” qatır. Nə qədər “şirinlik” qatıb, “dannılar” alsa da, nəticə olmur. Yazı qarşıdakı günlərdə genişləndirilməsi planlaşdırılmaqla, saytda qalır.

“Şirinlik” dolu xahişinin “daşa dəydiyini” görən qarşı tərəfin Mətbuat Şurasına ünvanladığı şər-böhtan dolu müraciəti müəyyən “özəl” əlavələrlə Osman Rzayevin saytında dərc olunur(?)

 Əcəba, bu nə prinsip, bu nə jurnalistika? Mən ki, sağ-salamatam, telefon nömrəmi də bilirsən. Əlaqə saxlayıb, məni də dinləmək olardı. Bu hansı yazılmış və ya yazılmamış qayda belə? Yoxsa “torbada pişik var”, Osman Rzayev? “Əmi”nin canı sağ olsun...

Hər halda yumşaq desək, bizim yazdıqlarımız boşuna qahmarlanmaz. Biz də bir şeylər bilirik... "Əmi" deyib vağzal rəisindən pul alan da öz namusunu yesin!!!Nə deyək,yazıq sənə...

 Hələlik bu qədər.

 İlqar    






Fikirlər