Zeynəb Xanlarovadan imtina edən müğənni - Video

 

 

  

 

Bu gün xalq artisti İslam Rzayevin doğum günüdür.

 

Axar.az xatırladır ki, mərhum sənətkar 1934-cü il 11 noyabrda Füzuli rayonunda anadan olub. Qarabağ xanəndəlik məktəbinin layiqli davamçılarından olan İslam Rzayev peşəkar musiqi təhsilini Azərbaycan Dövlət Musiqi Məktəbində alıb. Daha sonra Seyid Şuşinskinin sinfində muğamı mükəmməl öyrənib.

 

Onun bir sənətkar kimi yetişməsində böyük xanəndə Seyid Şuşinskinin müstəsna rolu var.

 

Daha sonra Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alan xanəndə həmin illərdə Dövlət Filarmoniyasının solisti kimi fəaliyyət göstərib.

 

İslam Rzayevin ifasında “Çahargah”, “Bayatı-Kürd”, “Mahur-Hindi”, “Rast” muğam dəsgahları Azərbaycan musiqi xəzinəsinə düşüb.

 

O, 70-dən artıq qastrol səfərində olub, Kolumbiya, Peru, Kuba, Yaponiya, Hindistan, Nepal kimi ölkələrdə Azərbaycan mədəniyyətini təmsil edib.

 

Sənətini təsdiq etdirdiyi vaxtlarda İslam Rzayevə korifey sənətkar Zeynəb Xanlarova ilə bir səhnədə çıxış etmək təklif olunsa da, o, bundan imtina edib. Xanəndə həmin illəri belə xatırlayırdı:

 

“Ope­ra­nı o vaxt heç kim sev­mir­di, in­di se­vir­lər. Ona gö­rə im­ti­na et­miş­dim ki, mən ope­ra oxu­ya­nı ol­ma­yım. Çün­ki açıq de­yi­rəm, ge­dib Ope­ra­da oxuyan­lar 2-3 il­dən son­ra dəb­dən dü­şür­dü­lər. Ca­ma­a­tın on­la­rı gö­rən gö­zü ol­mur­du. Bu fik­rə gö­rə mən Ope­ra­ya so­list get­mə­dim. Mə­ni ça­ğır­mış­dı­lar ki, gəl, Zey­nəb­lə bir yer­də Məc­nu­nu oy­na. Yə­ni “siz­dən bir az pul qa­za­naq”. Hə­mi­şə gənc müğənnilərə eh­ti­yac çox olur. O mə­na­da mə­ni Zey­nəb­lə oxumağa də­vət etmiş­di­lər. Mən get­mə­dim, im­ti­na elə­dim”.

 

Sənətkarın ifasında “Biri sənsən, biri mən”, “Əziz dostum”, “Ay qız” kimi mahnılar bu gün də dinlənilir, sevilir.

 

Xalq artisti, “Şöhrət” ordenli İslam Rzayev 2008-ci il 26 yanvarda 73 yaşında vəfat edib.

 

 






Fikirlər