“İDEAL-İ-İNŞAAT” MMC-nin direktoru İSA Məmmədov sərhəddə saxlanılıb? -YENİLƏNİR
Buna səbəb həm də adı çəkilən podratçı MMC-nin 10 ilə yaxındır sifarişçi “Baku Qrup” adlı MMC ilə bağladığı müqavilə şərtlərini yerinə yetirməməsi, sifarişçinin xəbəri olmadan Bakı şəhəri, Xocalı prospekti k. 29 ünvanında (keçmiş Şüşə zavodunun ərazisində) yerləşən yaşayış binasındakı mənzilləri satıb pulunu mənimsəməsidir. Sayta təqdim olunan məlumatda o da bildirilir ki, hər iki məsul şəxsin barəsində artıq bir müddət imiş ki, həm binanın sifarişçisi “Baku Qrup” adlı MMC-nin, həm də həmin binada pulunu tam ödəsə də mənzillərinə köçə bilməyən onlarla (siyahı “bizdədir) vətəndaşların İsa və Çingiz Məmmədovların qanunsuz əməlləri ilə bağlı Prezident İlham Əliyevə, Baş Prokuror Zakir Qaralova... şikayət ərizəsi göndərilmişdir.
“Mən 2012-ci ildə İsa Məmmədova iki mənzil üçün külli miqdarda pul versəm də, sonradan müqavilə şərtini pozdular və...”
Beləcə, Tağıyeva Elmira Adil qızının “Pravdainfo.org”a göndərdiyi və Prezident İlham Əliyevə, Baş Prokuror Z.Qaralova ünvanlı şikayət ərizəsindən məlum olur ki, o, “İdeal-İ-İnşaat” MMC-nin direktoru İsa Məmmədova 18 dekabr 2012-ci ildə 1225 və 1225 saylı müqavilələrlə hər birinə 29550 manat olmaqla, cəmi 59 min 100 manat pul ödəyərək iki ədəd 3 otaqlı (hər birinin sahəsi 148 kvm.) mənzil alır. Müqaviləyə görə “İdeal-İ-İnşaat” MMC-nin direktoru İsa Məmmədov 525 və 729 saylı mənzilləri alıcıya tezliklə təhvil verəcəyini vəd edir:
“Cənab Prezident!
Hörmətli Baş prokuror!
“İdeal-İ-İnşaat” MMC-nin direktoru İsa Məmmədovla şərtimiz bu oldu ki, hər birinin ümumi dəyəri 103 min 600 manat olan mənzillərin qalıq pulunu növbəti aydan hissə-hissə ödəyirəm, podratçı isə mənzillərin təhvil verilməsini bu ardıcıllıqla davam etdirir... Lakin bir neçə gündən sonra bizə məlum oldu ki, “İdeal-İ-İnşaat” MMC-nin direktoru İsa Məmmədovun əməlində qanunsuz hərəkətlər var və ona görə də mənzillərin tikintisinə nəzarət etməyə, vəziyyəti izləməyə başladıq. Çünki həmin ərəfədə mətbuatda bir sıra vətəndaşların bu MMC-dən mənzil aldığını, lakin binanın 10 ilə yaxındır tikilmədiyini, hətta pullarını tam ödədikləri mənzillərinin sonradan başqa şəxslərə satıldığını və s. bildirən şikayət ərizələrini oxuduq... Mən düşündüm ki, podratçı bu əmələ sahibdirsə, mən də kredit götürərək verəcəyim 200 min manata yaxın pulu itirə bilərəm. Odur ki, tikintinin gedişini izləyərək pulun qalıq hissəsini tam ödəməyə tələsmədim. Sonradan bizə o da məlum oldu ki, “İdeal-İ-İnşaat” MMC-nin direktoru İsa Məmmədov müqavilə öhdəliyini yerinə yetirmir, binanın təhvil alınması barədə Dövlət Aktı olmadığı halda, o, demək olar tikmədiyi mənzilləri nəinki bir adama, hətta bir neçə şəxsə satıb... Və bu günlərdə müqavilə şərtlərinin yerinə yetirilməsini gözləyərək, məcbur oldum ki, mənzillərimizin dəyərinin qalıq hissəsini tam ödəyək, bəlkə İsa Məmmədovun bəhanəsi kəsilsin. Həmişə baş çəkib tikintisi ilə maraqlandığımız mənzilimizə bu yaxınlarda təkrarən baxış keçirəndə məlum oldu ki, İsa Məmmədov həmin mənzilləri başqa adamlara satıb, bizim isə xəbərimiz yoxdur. İndi guya bəhanəsi budur ki, biz mənzillərin tam pulunu ödəməmişik. Bəs 10 ildir vətəndaşların (3 ildir bizim) külli miqdarda pulumuzu alıb müqavilə şərtinə əməl etməmək hara, bizdən pulumuzun qalıq hisəsini tələb edərək mənzilimizi qanunsuz yolla başqasına satmaq nə??? İkincisi, mübahisəli məsələlərə məhkəmə qaydasında baxılmalıdır və bütün hallarda vətəndaşa bu barədə məlumat verilməlidir. Təsəvvür edin ki, “İdeal-İ-İnşaat” MMC-nin direktoru İsa Məmmədov vətəndaşlardan külli miqdarda (on milyonlarla) manat pul alıb bağladığı müqavilələrində tikintinin müddətini göstərmir. Vətəndaş neçə il gözləməlidir? 10 ildir tikinti meydançasında qurdalanan “İdeal-İ-İnşaat” MMC-nin direktoru İsa Məmmədov yüzlərlə vətəndaşın hüquqlarını niyə bu qədər ədalətsizcəsinə pozmalıdır? Aldığım məlumata görə isə İsa Məmmədov Azərbaycanda yoxdur və belə başa düşürəm ki, o, məlum şikayətlərdən canını qurtarmaq üçün ölkəni tərk edib gedib...”.
Şikayətçi Tağıyeva Elmira Adil qızı ölkə başçısından “İdeal-İ İnşaat” MMC-nin rəhbərliyinə qarşı araşdırma aparılaraq təsirli tədbirlər görülməsini xahiş edir... Biz şikayət məktubu və əlavə edilmiş rəsmi ödəmə qəbzi, müqavilələr və digər sənədləri Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərməli olduq.
***
Qeyd edək ki, İsa Məmmədovun qanunsuz əməlləri barədə hələ bir müddət əvvəl “Təzadlar” qəzeti son saylarında vətəndaşların şikayəti əsasında geniş yazı dərc edib. Şikayət məktubunda deyilirdi: “Biz aşağıda imza edən bir qrup Azərbaycan Respublikasının vətəndaşları, Bakı şəhəri, Xocalı prospekti k.29 ünvanında (keçmiş Şüşə zavodunun yerləşdiyi ərazidə) “İdeal-İ İnşaat” MMC-nin tikdiyi yaşayış binasından mənzil almaq üçün bundan təqribən 10 il əvvəl bu MMC ilə müqavilə bağlamışıq və mənzil tikintisinə görə bu MMC-yə mənzilimizin dəyərinı tam ödəmişik. Lakin “İdeal-İ İnşaat” MMC-nin təsisçisi və əvvəlki direktoru Məmmədov İsa Əli oğlu artıq 8 ilə yaxındır ki, bizim binamızı tikib bizə təhvil vermir. Dəfələrlə mənzilimizin nə zaman bizə təhvil verilməsi ilə əlaqədar İsa Məmmədovla əlaqə saxlamaq istəmişik. Məlum olmuşdur ki, İsa Məmmədov məsuliyyətdən yayınmaq üçün formal olaraq “direktorluqdan çıxaraq” özünün “İdeal-İ İnşaat” MMC-sinə yaxın qohumu Məmmədov Çingiz Əkbər oğlunu “direktor” təyin etmişdir. Bu qohumlar isə birləşərək, bizim mənzil tikintisinə görə onlara verdiklərimiz pulları öz keflərinə xərcləyirlər, yaşayış binasını isə heç vaxt tikib qurtarmaq niyyətində deyillər.
Bizə verilən məlumata görə keçmiş Şüşə zavodunun olduğu bu ərazidə tikilən binalarımızın yerləşdiyi torpaq sahəsi “Baku Qrup” adlı MMC-yə məxsusdur, lakin binaların tikintisi isə, “Baku Qrup”la bağlanmış podrat müqaviləsi əsasında İsa Məmmədov və onun “İdeal-İ İnşaat” MMC-si tərəfindən tikilir və bizim mənzil tikintisinə dair müqavilələrimiz də həmin bu “İdeal-İ İnşaat” MMC ilə bağlanmışdır.
Mənzillərimizin pullarını da biz bu “İdeal-İ İnşaat” MMC-yə vermişik. “İdeal-İ İnşaat” MMC-nin müdiriyyəti isə hər dəfə bizə yalançı vədlər verərək binaları tikib qurtarmır. Bizə verilən məlumatlara görə böyük ehtimal var ki, İsa Məmədov və onun qohumları bizim mənzillərimizi bir neçə dəfə digər vətəndaşlara da sataraq onlardan aldıqları pulları da öz şəxsi keflərinə və uşaqlarının adlarına obyektlər almağa xərcləmişlər.
Hazırkı şikayət məktubumuzla biz, halal zəhmətlə qazandığımız pullar İsa Məmədov və onun qohumları tərəfindən dələduzluq yolu ilə aldadılaraq əlindən alınmış vətəndaşlar, “Pravdainfo.org” vasitəsilə xahiş edirik ki, bu məsələni araşdırmaqda bizə köməklik göstərilsin. İsa Məmmədov və onun “İdeal-İ İnşaat” MMC-si barəsində bu binalardan mənzillər almış və bununla da bizim kimi aldadılmış digər vətəndaşları da qəzetdə bu haqda yazılar dərc etməklə ayıltmaq lazımdır. Çünki sonra gec olacaq.
Məktubumuzun surətlərinin ünvanlandığı digər hüqüq mühafizə orqanlarından isə xahiş edirik ki, bizi aldadaraq pullarımızı mənimsəyən İsa Məmmədov, onun qohumları və “İdeal-İ İnşaat” MMC-nin digər məsul işçiləri barədəsində lazımi tədbirlər görərək onların cəzalandırılması üçün zəruri addımlar atılsın.
Hörmətlə, Şikayətçılər: Hüseynova Ülviyyə, Abdullayeva Gülarə, Şirəliyeva Firəngiz, Uğurluyev Salman, Rəhimova Aygün, Mirzəzadə Dilşad, Həsənov Rüstəm, Novruzova Sədəf və başqaları”.
“Pravdainfo.org”un əməkdaşı problemin yenidən gündəmə gəlməsini nəzərə alaraq şikayətçilərlə təkrar əlaqə saxlamışdır... Şikayətçilər məlum yazılardan sonra cüzi dəyişiklik olduğunu, lakin hələ də müqavilə şərtlərinin yerinə yetirilmədiyini, 10 ildən çoxdur ki, “İdeal-İ İnşaat” MMC-nin təsisçisi və faktiki rəhbəri İsa Məmmədovun insafa gələrək bu məsələyə son qoyacağını gözlədiklərini bildiriblər. Bir sözlə, İsa Məmmədov hələki söz verir, ortada isə konkret bir nəticə yoxdur...
***
Şikayətçi Tağıyeva Elmira Adil qızı sonradan “Pravdainfo.org”a zəng edərək bunları söyləyib: “Bu gün ailə üzvlərimizdən biri Ş.Abbasov “İdeal-İ İnşaat” MMC-nin təsisçisi və faktiki rəhbəri İsa Məmmədovla görüşmək üçün MMC-nin ofisinə gedib... MMC-nin nümayəndələri bildiriblər ki, guya İsa Məmmədov Azərbaycanda deyil və tezliklə onun problemlə bağlı yekun qərarını bildirəcəklər... Lakin bu saatlara kimi nəinki bu qərar şikayətçiyə bildirilib, hətta İsa Məmmədovun mobil telefonu belə söndürülüb...
Mövzu diqqətimizdədir, nəticəsi bar ədə əlavə məlumat veriləcək...
“Pravdainfo.org”un
Araşdırma Qrupu