”Cənab Prezident, bizi Eldar Mahmudovun villalarına köçürün” - QALMAQAL

”Cənab Prezident, bizi Eldar Mahmudovun villalarına köçürün”

Bakıda yeni tikilən bina ətrafında daha bir qalmaqal yaranıb.

Məsələ ondadır ki, bu bina da tikiləndə şəhərsalma qaydaları pozulub.
Təxminən 15 ildir Bakıda davam edən tikinti “bum”u bir tərəfdən əhalinin mənzilə olan tələbatını xeyli ödəyibsə, digər tərəfdən də əlavə problemlərə yol açıb.
Bakının müxtəlif yerlərində həm beynəlxalq standartların, həm də ölkə qanunvericiliyinin tələblərinə zidd olan xeyli sayda binalar tikilib.
Yeni tikilən binalar səbəbindən paytaxtın hava sirkulyasiyası pozulub, Bakının ətrafındakı “hava qapıları” bağlanıb. Hələ üstəlik, çoxlu qum qatı yaranıb və paytaxtda güclü külək əsdiyi zaman qum qatı havaya qalxaraq insanların səhhətinə mənfi təsir göstərir.
Həmçinin binaların çox sıx inşa edilməsi, təhlükəsizlik qaydalarının nəzərə alınmaması, əksəriyyətinin ətrafında məktəb, uşaq bağçası, idman meydançalarının yoxluğu, yolun mühafizə zolağının qorunmaması şəhər sakinləri üçün ciddi çətinliklər yaradır.
Qanunda yeni binaların hansı qayda ilə tikilməsi ətraflı təsbit edilib. Reallıqda bu qaydalar addımbaşı pozulur. Məsələ ondadır ki,  tikinti şirkətlərinin arxasında oliqaxlar və yüksək vəzifəli məmurlar durduğu üçün qanunları pozmaqdan qorxmurlar.
Elə Xətai rayonu, Fəzail Bayramov küçəsi, 14-cü həyətdə yaşayan 20 ailə uzun illərdir Bakının mərkəzində sanki əsir düşərgəsində yaşayırlar. Onlar  yaxınlıqda inşa edilən hündürmərtəbəli qöydələnlərin  girovuna çevriliblər.
Dəfələrlə ATV,  Xəzər telekanallarında Xətai rayonu Fəzail Bayramov 14 həyətində yaşayan sakinlərin məşəqqətli həyatı barədə kəskin tənqidi sujetlər işıq üzü görsədə əlaqədar təçkilatlar tərəfindən heç bir qarşılıq verilməyib.
AzerTaym.az Qaynar.info -a istinadla xəbər verir ki, problemlə bağlı sakinlər Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevə müraciət hazırlayıblar. Müraciətdə deyilir:
“Cənab Prezident, neçə ildir ki, məhəlləmizin ətrafında hündürmərtəbəli binalar tikilib. Biz binəvaların havasını, işığını kəsərək demokratik ölkəmizdə türmə şəraitində yaşamağa məcbur edirlər. Neçə illərdir evlərimizin üstünə göydələnlərdən zir-zibillər, müxtəlif kəsici-deşeci tullantılar atılır, uşaqlarımızın və sakinlərin həyatına ciddi təhlükələr yaranır. Eyvanlardan evlərimizin damına söndürülməmiş atılan siqaret kötükləri dəfələrlə yanğın təhlükəsi yaradıb. Həmin şirkətin yerli nümayəndələrinə hər dəfə müraciət etdikdə isə, “gedin əlinizdən gələni edin, sizi köçürə bilmərik” deyərək başlarından edirlər.
Son zamanlar isə aşkar hədəyə keçiblər. Şikayət etmək istəyənlər şantaj edilir, şərləmə ilə  hədələnir.  Qeyri-rəsmi deyirlər ki, bu göydələnləri inşa edən şirkətlər əvvəl Eldar Mahmudovun olub. O vəzifədən çıxandan sonra şirkətlər Kərəm Həsənovun tabeçiliyinə keçib. Xətai rayon icra başçısı Razim Məmmədov hər iki nazirlə qarşılıqlı anlaşaraq bütün qanunları pozub. Məsələ ondadır ki, bizim məhəllənin yerində  bina tikmək istəyən diğər şirkətlər var. Ancaq onları da ərziyə buraxmırlar".
Müraciət müəllifləri daha sonra Prezidentdən maraqlı xahişdə bulunurlar: 
"Cənab Prezident, ümidimi yalnız sizədir,  xahiş edirik bizə yardım edin başqa ərazilərə köçürülək, yaxud da Eldar Mahmudovun, Kərəm Həsənovun, Razim Məmmədovun  çoxsaylı, boş qalmış villalarında məskunlaşdırılaq.
Xətai rayonu Fəzail Bayramov 14 məhləsinin bütün sakinləri”

 AzerTaym.az

 






Fikirlər