Eldar Mahmudov, Kərəm Həsənov və Razim Məmmədov triosu sakinləri girovluqda saxlayır – ŞİKAYƏT – FOTO

 12782487_1081984701862482_666305192_n (1)

 Sakinlər: ”Cənab Prezident, bizi Eldar Mahmudovun, Kərəm Həsənovun, Razim Məmmədovun villalarına köçürün”

 Bakıda yeni tikilən bina ətrafında daha bir qalmaqal yaranıb. Məsələ ondadır ki, bu bina da tikiləndə şəhərsalma qaydaları pozulub. Təxminən 15 ildir Bakıda davam edən tikinti “bum”u bir tərəfdən əhalinin mənzilə olan tələbatını xeyli ödəyibsə, digər tərəfdən də əlavə problemlərə yol açıb. Bakının müxtəlif yerlərində həm beynəlxalq standartların, həm də ölkə qanunvericiliyinin tələblərinə zidd olan xeyli sayda binalar tikilib. Yeni tikilən binalar səbəbindən paytaxtın hava sirkulyasiyası pozulub, Bakının ətrafındakı “hava qapıları” bağlanıb. Hələ üstəlik, çoxlu qum qatı yaranıb və paytaxtda güclü külək əsdiyi zaman qum qatı havaya qalxaraq insanların səhhətinə mənfi təsir göstərir. Həmçinin binaların çox sıx inşa edilməsi, təhlükəsizlik qaydalarının nəzərə alınmaması, əksəriyyətinin ətrafında məktəb, uşaq bağçası, idman meydançalarının yoxluğu, yolun mühafizə zolağının qorunmaması şəhər sakinləri üçün ciddi çətinliklər yaradır. Azərbaycan Respublikasının Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səyyad Kərimovun sözlərinə görə, tikilən binalar arasında hava məsafəsi mütləq olmalıdır: “Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsində nəzərdə tutulub ki, şəhərdə binalar arasında ara məsafəsi tikilən binanın ümumi hündürlüyünün 0,6 hissəsi qədər olmalıdır. Yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində ara məsafəsi divar hündürlüyünün 0,25 hissəsi qədər nəzərdə tutulub. Ara məsafəsi hər binaya münasibətdə həmin binanın yerləşdiyi torpaq sahəsinin öz üzərində olmalıdır. Əgər binanın yanında başqa bir bina tikilirsə, həmin binanın da bu binaya münasibətdə ara məsafəsi olmalıdır. Bu iki obyekt arasında ümumi ara məsafəsi divar hündürlüyünün 1,2 hissəsi qədər edir. Məsələn, əgər 10 metr hündürlüyü olan bir obyekt tikilirsə, bir binanın torpaq sahəsinin ara məsafəsi 6 metr olmalıdır. Cəm halında götürsək, bu iki obyektin arasında ara məsafəsi 12 metr olmalıdır”.

Qanunda yeni binaların hansı qayda ilə tikilməsi ətraflı təsbit edilib. Reallıqda bu qaydalar addımbaşı pozulur. Məsələ ondadır ki, tikinti şirkətlərinin arxasında oliqaxlar və yüksək vəzifəli məmurlar durduğu üçün qanunları pozmaqdan qorxmurlar. Elə Xətai rayonu, Fəzail Bayramov küçəsi, 14-cü həyətdə yaşayan 20 ailə uzun illərdir Bakının mərkəzində sanki əsir düşərgəsində yaşayırlar. Onlar yaxınlıqda inşa edilən hündürmərtəbəli göydələnlərin girovuna çevriliblər. Problemlə bağlı sakinlər Azərbaycan Respublikasıın Prezidenti cənab İlham Əliyevə müraciət hazırlayıblar.

Müraciətdə deyilir: “Cənab Prezident, neçə ildir ki, məhəlləmizin ətrafında hündürmərtəbəli binalar tikilib. Biz binəvaların havasını, işıqını kəsərək demokratik ölkəmizdə türmə şəraitində yaşamaqa məcbur edirlər. Neçə illərdir evlərimizin üstünə istifadəyə göydələnlərdən zir-zibillər müxtəlif kəsici-deşeci tullantılar atılaraq uşaqlarımızın və sakinlərin həyatına ciddi təhlükələr yaradır. Eyvanlardan evlərimizin damına söndürülməmiş atılan siqaret kötükləri dəfələrlə yanğın təhlükəsi yaradıb. Həmin şirkətin yerli nümayəndələrinə hər dəfə müraciət etdikdə isə, “gedin əlinizdən gələni edin ,sizi köçürə bilmərik” deyərək başlarından edirlər. Son zamanlar isə aşkar hədəyə keçiblər. Şikayət etmək istəyənlər şantaj edilir, şərləmə ilə hədələnir. Qeyri-rəsmi deyirlər ki, bu göydələnləri inşa edən şirkətlər əvvəl Eldar Mahmudovun olub. O vəzifədən çıxandan sonra şirkətlər Kərəm Həsənovun tabeçiliyinə keçib. Xətai rayon icra başçısı Razim Məmmədov hər iki nazirlə qarşılıqlı anlaşaraq bütün qanunları pozub. Məsələ ondadır ki, bizim məhəllənin yerində bina tikmək istəyən digər şirkətlər var. Ancaq onları da ərziyə buraxmırlar.

Cənab Prezident, son sərəncamlarınızla tikinti sahəsində bir canlanma yaradacaq. Ancaq tikintiləri aparan sahibkarlar bina inşa etdikdə bu ərzidə yaşayan vətəndaşların hüquqların pozmamalıdırlar. Hər şey qanunla olmalıdır. Bizi isə Eldar Mahmudov, Kərəm Həsənov, Razim Məmmədov triosu sanki girovluqda saxlayır. Cənab Prezident, ümidimiz yalnız sizədir, xahiş edirik bizə yardım edin başqa ərazilərə köçürülək, yaxud da Eldar Mahmudov və Kərəm Həsənovun, Razim Məmmədovun çoxsaylı, boş qalmış villalarında məskunlaşdırılaq.

Xətai rayonu Fəzail Bayramov 14 məhləsinin bütün sakinləri”

P.S. Dəfələrlə ATV, Xəzər telekanalalarında Xətai rayonu Fəzail Bayramov 14 həyətində yaşayan sakinlərin məşəqqətli həyatı barədə kəskin tənqidi sujetlər işıq üzü görsə də, əlaqədar təşkilatlar tərəfindən heç bir qarşılıq verilməyib.

Mövzunu diqqətdə saxlayacağıq.

İdeologiya.az

12736208_1081984915195794_1613989975_n  12767252_1081984865195799_535776714_n 12767387_1081984878529131_1234470151_n 12769459_1081984715195814_1270296556_n 12769485_1081984725195813_214013543_n 12781989_1081984721862480_266992025_n 12782487_1081984701862482_666305192_n (1) 12782487_1081984701862482_666305192_n

 






Fikirlər