16.07.2014- Razim Məmmdovun yüz milyonluq hoteli..

16.07.2014- Razim Məmmdovun yüz milyonluq hoteli..Prezident İlham Əliyevin məmurlara vətəndaşların problemlərinə can yandırmaqla bağlı sərt xəbərdarlığı olsa da, Razim Məmmədov hələ də öz ampluasındadır.

Belə ki, Xətai rayonu, Zığ şossesi, Oksigen küçəsində yaşayan vətəndaşlar müraciət edərək, onları narahat edən ciddi problemlər barədə məlumat veriblər

Onların verdiyi məlumata görə, təxminən 5-6 ildir ki, Bakı şəhəri 2930-cu keçid, ev 35, mənzil 77-də yaşayan Yunisov Almaz birmənalı şəkildə onların başının bəlasına çevrilib. Ayrı-ayrı vaxtlarda məhkəməyə müraciət edərək Yunisov Almaz bir neçə şəxsə malik olan mənzilin tikildiyi torpaq sahəsinin ona aid olduğunu iddia edib. Halbuki ona aid torpaq sahəsi (?) cəmi 4 sotdur. Buna baxmayaraq o, bir neçə dəfə ayrı-ayrı insana aid olan fərdi yaşayış evinin tikildiyi torpaq sahəsinə iddia edib və məhkəmədə iddiası təmin olunub.

Almaz Yunisovun ilk qurbanı olan şəxs bildirib ki, məhkəmə Almaz Yunisovun xeyrinə həll olunduqdan və söküntünün icra olunmağa başlamasından sonra məlum olub ki, iddiaçının iddia etdiyi ərazi bura deyilmiş. Buna baxmayaraq məhkəmənin çıxardığı qərarı qüvvədə saxlayıb. Bundan sonra A.Yunisov eyni iddia və eyni ssenari ilə daha 4 sakinin evinin sökülməsinə nail ola bilib. Maraqlısı həm də odur ki, indiyə qədər Azərbaycanda məhkəmə qərarlarının icrası ilə bağlı məsələlər ya yubanır, ya da vətəndaş etirazı ilə üzləşdiyindən müəyyən müddətə təxirə salınır. Xətai rayonunun müvafiq qurumları isə sanki bir növ A.Yunisovun bu addımına stimul verirlər.
Elə olmasaydı, dövlət başçısının bir neçə gün öncə qanunsuz tikililərlə bağlı imzaladığı sənədin səhəri günü A. Yunisov tikinti işlərini dayandırardı. Ancaq o, nümayişkarəna şəkildə, sanki "buranın sahibi mənəm” kimi davranaraq "öz işi”ni davam etdirib.

Təbii ki, Xətai rayon icra hakimiyyətindən xəbərsiz belə bir addımın atılması mümkün deyil. Hətta bir neçə dəfə bu şəxs arxasında böyük qüvvələrin dayandığını vurğulayıb.Xətaidə baş verən qanunsuzluqlar icra başçısı R.Məmmədovun nəzarətindən kənarda baş vermir. Bu barədə bizi bilgiləndirən şəxs deyib ki, rayon ərazisində bir kv. metr ərazini R.Məmmədovun icazəsi olmadan satmaq mümkün deyil. Belə ki, Xətaidə yerlərin satılması, sənədləşmə və digər bu kimi işlər başçının şəxsi nəzarətindədir.
Bu məsələlərlə bağlı hesablaşma prosedurunu da R.Məmmədov özü həyata keçirir. Razim Məmmədovun biznesini genişləndirməsi yönündə səylərini artırması barədə də məlumat daxil olub.

Redaksiyamıza daxil olan məlumata görə, icra başçısı Novxanıda yerləşən bağ evlərini, daha doğrusu imarətlərini sökdürür. Geniş əraziyə malik olan bağ evlərinin yerində isə hotel tikdirməyi planlaşdırır. Bizi bilgiləndirən şəxs deyir ki, Razim Məmmədov hazırda hotelin tikilməsi üçün lazım olan sənədləşmə proseduru ilə məşğuldur. Çox güman ki, bir neçə aya hotelin təməli atılacaq.


"Gündəlik BAKI.com"






Fikirlər