İcra başçısına görə 4 gündür aclıq edən ailə...

İcra başçısına görə 4 gündür aclıq edən ailə...Sabunçu rayonu Bakıxanov qəsəbəsi S.Mehmandarov küç.ev 26/1ünvanında yaşayan Həsən Camalov rayon icra başçısından şikayətçidir.

Azertaym.az-a daxil olan şikayətdə bildirilir ki, 10 aydır ki, Sabunçu RİH-nin Başçısı Adil Vəliyev, müavinləri Şakir Alıyev, Qəzənfər Həsənov və onların himayə etdikləri "Bərgüşad"-Ş MMC-nin sahibi Əliabbas Məmmədov tərəfindən ona və ailəsinə qarşı haqsızlıq törədilib. Şikayətçi qeyd edib ki, evlərinə çox yaxın (3 metr), 11 mərtəbəli bir bina inşa edilir.

“Uşaqlarım daima həyati təhlükə altında yaşayır. Eyni zamanda evimizi dəyər-dəyməzinə əlimizdən almaq istəyirlər.İcra başçısı Adil Vəliyev qərəzli şəkildə Bakıxanov qəs, Sülh küç,14/2 ünvanda yerləşən, sənədlə bizə məxsus 400 kv.m torpaq sahəmizi qeyri-qanuni olaraq kiməsə satıb Həsən Camalov rayon icra başçısının qəbulunda olduğunu da vurğulayıb. Ona qarşı baş verən haqsızlığa son qoyulmazsa, aclıq aksiyasına başlayacağını qeyd edib. “Başçısının sözlərindən belə anladım ki, problemim onu narahat etmir. Artıq 4 gündür ki, ailə aclıq aksiyasına başlamışıq. Mən 13 uşaq atasıyam. Müvafiq qurumlardan bu məsələnin tezliklə həll edilməsini istəyirik”.






Fikirlər