Aclıq edən müğənni danışdı - “Mənə kömək edin...”

“İllərimi Azərbaycan musiqisinə qoymuş bir Azərbaycan qızıyam. Amma bu gün mən şantajın qurbanıyam. Məni yataq xəstəsi edən, mülkimi əlimdən alan insanların cəzasının verilməsini istəyirəm. İnanıram ki, dərdimə əlac tapan bir şəxs olacaq. Artıq heç bir gücüm qalmayıb. Bilmirəm hara və kimə müraciət edim. Mənə kömək edin”.


Bu sözləri Lent.az-a hüquqlarının pozulduğuna görə Mərkəzi Neftçilər xəstəxanasında aclıq aksiyasına başlayan əməkdar artist Firuzə İbadova deyib. Bu gün evə buraxılan ifaçı həkim nəzarəti altında aclıq aksiyasını davam etirir: “Əvvəlcə mənim bu hala düşməyimin səbəbini sizə danışmaq istəyirəm. Deməli, Mərdəkanda beş sotluq torpağım var idi. Pul lazım olduğu üçün günlərin bir günü mən o mülkümü otuz min dollara iki şərik qardaşa satdım. Bu alqı - satqıdan mənə cüzi miqdarda pul çatdı. Əvəzində isə şərti razılığımız oldu ki, pulun qalan hissəsini bir müddət sonra verəcəklər. Amma bu belə olmadı. Mülkü satdığım şəxs apreldə dünyasını dəyişdi. Digər şərik Fətəliyev Sahil Əli oğlu pulumu qaytarmayacağını deyir. Əvəzində isə məni şantaj edib, hədələyir.

Ona demək istəyirəm ki, etdiyin şantaj kişi hərəkətidir? Sənin də anan, bacın var. Bunu edərkən düşün ki, mən də kiminsə anası və bacısıyam. Amma səndən fərqli olaraq mənim bu həyatda heç kimim yoxdur. Nə ata, nə dayı, nə əmi, nə də qardaş sahibi deyiləm. Bircə güvənəcəyim yer Azərbaycan xalqı, cənab prezidentimiz İlham Əliyev və onun xanımı Mehriban Əliyevadır. Onlar və hökumətimizin məsul şəxsləri səsimə səs verəcəyinə inanıram. Problemimə reaksiya verilməyənə qədər aclıq aksiyamın davam etdirəcəyimə söz vermişəm”.

F.İbadova daha sonra onu da əlavə edib ki, aclıq aksiyasına başlayandan sonra ona bir çox sənətçilər zəng edərək, dəstək olublar: “İnanırsınız evimdə telefonlarım dayanmayıb. İki üç gün ərzində mənə İlhamə Quliyeva, Aybəniz Haşımova, Zöhrə Abdullayeva və adını sayaraq bitməyəcək sənətçilər zəng edirlər. Hər birinə çox sağ olumu bildirirəm”.

Aclıq edən müğənni danışdı - “Mənə kömək edin...”
Aclıq edən müğənni danışdı - “Mənə kömək edin...”
Aclıq edən müğənni danışdı - “Mənə kömək edin...”
Aclıq edən müğənni danışdı - “Mənə kömək edin...”
Aclıq edən müğənni danışdı - “Mənə kömək edin...”






Fikirlər