14.07.2014- TərTərdə yeni başçının "perestroyka" islahatı

14.07.2014- TərTərdə yeni başçının "perestroyka" islahatı
14.07.2014- TərTərdə yeni başçının "perestroyka" islahatı









Müstəqim Məmmədovun rayon mərkəzində 50 illik bina evlərin həyətindəki bağçaları sökdürməsi etiraza səbəb olub...

Bu barədə redaksiyamıza məktubla müraciət edən mənbəəmizdən yeni məlumat daxil olub.
Məktubda 3 gün əvvəl Tərtər rayonunda olduğunu qeyd edən mənbəə rayonda İcra Hakimiyyətinin yerli əhalini narazı salan, qəzəbləndirən hadisə ilə rastlaşdığını bildirir. Belə ki, Tərtərə yeni təyin olunan icra başçısı Müstəqim Məmmədovun abadlıq adı ilə rayon mərkəzində uzun illərdir mövcud olan kiçik həyətləri ləğv etdirməyə çalışmasının əhalidə narazılıq yaratdığı deyilir.
Sitat: “Hər yeni təyin olunan icra başçısı da özü ilə lazımsız qaydalar gətirir. Gələn hər kəs ”abadlıq işləri" görməyə gəlir... Tərtərdə son bir neçə ildə səhv etmirəmsə bu, 3 ya 4-cüdür. Tərtər kiçik rayondur və cəbhə bölgəsi olduğu üçün zatən, əsəbləri gərilmiş vəziyyətdədir, üstəlik də yeni gələn icra hakiminin yeni gətirdiyi qaydalar ola...
Bu kiçik şəhərdə 60-cı illərdə tikilmiş xeyli 2 mərtəbəli bina var. Demək olar, həmin dövrlərdən bəri bu binalarda yaşayan sakinlər binaların ətrafını çəpərləyərək binaların quruluşunu həyət evləri halına gətiriblər. Təbii, bu doğru deyil, ancaq bunlara bu fürsət 50 il bundan əvvəl verilib və artıq burada növbəti nəsillər öz həyatlarını, yaşayış tərzini qurublar, xərc çəkiblər özlərinə şərait yaradıblar. Yeni təyin olunmuş icra başçısı isə bütün bu qurğuları zor gücünə sökmək qərarına gəlib. İş o həddə çatıb ki, insanlar toplanaraq icra hakimiyyətini təhdid edərək “toplu şəkildə İrana köçəcəyik” deyiblər. Ancaq bütün bunlar faydasızdır..."

Bundan başqa yeni başçının "perestroykası"na şəhərin baş meydanının,h.Əliyev prospektinin,küçə və yolların kənarındakı bardüyürlərin sökülüb yeniləri ilə əvəzlənməsi,yeni çəkilmış asfalt döşəmələrin dağıdılıb bir daha yenilənməsi kimi "titanik" islahatlar daxildir.O daha uzağa gedərək hər evin qarşısındakı daş hasarların vətəndaşların şəxsi hesabına aqlay üzlük materialı ilə təmir edilməsini də "islahatlar" paketinə əlavə etmişdir.

Qədirbilən,dözümlü TƏRTƏR camaatı da dirəniş göstərməsə də sanki bir möcüzə gözləyirmiş kimi, bütün bu ədalətsizliklərə bir son verilməsi ümidilə gözləri hələ də yollarda qalmaqdadı....

"AzerTaym.az"






Fikirlər