Penitensiar Xidmətin yeni rəisinin kimliyi MƏLUM OLDU

 

İsmayıllının polis rəisi Nizami Qocayev sözügedən vəzifəyə gətirilib

Mədət Quliyevin Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) rəis təyin olunmasından sonra Penitensiar Xidmətin rəhbəri vəzifəsi boş qalmışdı. Ötən ilin oktyabrından boş qalan rəis yerinə artıq təyinat olub. Bu barədə JAM.AZ-a etibarlı mənbələrdən məlumat daxil olub. 

Məlumatda deyilir ki, Mədət Quliyevin boş qalmış yerinə İsmayıllının polis rəisi Nizami Qocayev gətirilib. Onunla bağlı əmrin artıq hazır olduğu və bu günlərdə açıqlanacağı gözlənilir. 






Fikirlər