DEPUTAT Hüseynbala Mirələmov və QUMAR BİZNESİ … ŞOK TƏFƏRRÜATLAR

Son günlər Bakı şəhərindəki qanunsuz qumarxanaların fəaliyyət göstərməsi barədə mediada müxtəlif məlumatlar dərc edilir. Qeyd edək ki, qumar oyunlarının Azərbaycan ərazisində qanunvericiliklə qadağan edilməsi mərhum Prezident Heydər Əliyevin fəranından sonra olub.

Həmin vaxtdan qəbul edilən qanunvericiliyə heç bir dəyişiklik və əlavə edilməyib. Yəni qanunsuz mərc oyunları və kazinoların fəaliyyətinin qadağan olunması öz qüvvəsində qalır. Ancaq olduqca böyük qazanc gətirən həmin sahəyə hazırda maraq o qədər atrıb ki, hətta ictimai-siyasi həyatda özünə yer tutmuş bəzi adamların da adları qumar şəbəkəsilə əlaqədə hallanmağa başlayıb. Bəzi KİV-lərin təqdim etdiyi araşdırmaya görə, Bakının qumar krallarının arasında Arzuman Muradlı adlı bir şəxsin də adı çəkilirdi.

İlk dəfə Veteninfo.az-ın araşdırmasından sonra məlum oldu ki, barəsində söz açılan Arzuman Muradlı hakim Yeni Azərbaycan Partiyasının fəallarındandır. Sözügedən şəxs hazırda YAP-ın Səbail rayon təşkilatının rəhbərliyində təmsil olunur.

Onun 2005-ci il parlament seçkilərində hakim partiyanın rəsmi irəli sürdüyü namizədlərdən olduğu bildirilir. Biz Arzuman Muradlının adının bu olayda hansı səbəbdən hallanması istiqamətində də araşdırma aparmışıq. Məlum olub ki, Arzuman Muradlı şəhərin bir neçə yerində özünə və yaxın adamlarına məxsus olan bəzi obyektlərini qumarxanalar üçün icarəyə verib və bunun müqabilində adı kirayədən bir neçə dəfə artıq pul alır.

Arzuman Muradlı həm də, bəzi əlaqələrindən istifadə edərək “krışalıq” funksiyasını da həyata keçirir. Bizə o da məlumdur ki, Arzuman Muradlı eyni zamanda millət vəkili Hüseynbala Mirələmovun kadrı kimi tanınır. Hazırda qumarxanaya icarəyə verilən obyektlərin bəziləri qeyri-rəsmi olsa da, Hüseynbala Mirələmova məxsusdur. Deputata məsxus olan və adı bir çox kriminal “razborkaların” keçirildiyi məkan kimi hallanan “1001 GECƏ” restoranının da Arzuman Muradlı tərəfindən idarə edildiyi heç kimə sirr deyil.

Əldə etdiyimiz dəqiq məlumata görə, Arzuman Muradlının adının belə çirkin məsələdə hallanması onuntəmsil olunduğu partiya tərəfindən birmənalı qarşılanmayıb. Arzuman Muradlının bütün yazılanların fonunda susqunluq nümayiş etdirməsi də onun ittihamlarla razılaşdığı qənaətini yaradır. Çox güman ki, yaxın vaxtlarda Arzuman Muradlının məsələsinə partiyanın əlaqədar strukturları tərəfindən lazımi qiymət veriləcək.

Yazıda adları çəkilən hər bir şəxsin mövqeyinə yer verməyə hazırıq.

 

 

 






Fikirlər