AYNUR Camalqızının qəzeti bağlandı – Saytlarda KÜTLƏVİ ixtisar
Aynur Camalqızının rəhbərlik etdiyi “Gündəlik Teleqraf” qəzeti fəaliyyətini dayandırıb. *** Taleh Şahsuvarlı qəzetin bağlanmasını və oradan ayrılmasını təsdiqləyib. O, bununla bağlı sosial şəbəkədə status yazıb. Lakin qısa müddət sonra statusunu silib. AzerTaym.az
AzNews.az-a daxil olan məlumata görə, baş redaktor Taleh Şahsuvarlı artıq qəzetdən ayrılıb. Məlumata görə, qəzet bağlansa da, teleqraf.com saytı fəaliyyətini davam etdirəcək. Lakin saytın əməkdaşlarının əksəriyyəti işdən çıxarılıb.
Aynur Camalqızının rəhbərlik etdiyi digər saytlarda – publika.az və axar.az-da da kütləvi ixtisarlar aparıldığı bildirilir. Saxlanılan işçilərin maaşları isə azaldılıb.
Məsələ ilə bağlı A.Camalqızından açıqlama almaq istəsək də, telefonlarımıza cavab vermədi.