Jurnalistlər arasında MÜSABİQƏ elan edilib

Azərbaycan Mətbuat Şurası və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Milli-mənəvi dəyərlər və müasirlik” mövzusunda kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında yazı müsabiqəsi keçirir.

Bu barədə “Report”a Şuradan məlumat verilibQaliblərə I yer üçün 1000 manat, II yer üçün 700 manat, III yer üçün 500 manat məbləğində mükafat nəzərdə tutulub. 10 nəfərin isə hər birinə 100 manat məbləğində mükafat veriləcək.

Müsabiqədə yer tutacaq şəxslərin adları bu il iyun ayının 15-dək açıqlanacaq.
Müsabiqəyə may ayının 1-dən iyun ayının 1-dək müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında gedən yazılar buraxılacaq. Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur. Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır.

Yazıda “Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Azərbaycan Mətbuat Şurasının “Milli-mənəvi dəyərlər və müasirlik” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur” qeydi olmalıdır. Yazı müəllifinin konkret kütləvi informasiya vasitəsində çalışması şərtdir.

Müsabiqə üçün təqdim ediləcək materialın müəllifin çalışdığı KİV-də verilməsi şərt deyil.
Müsabiqəyə təqdim edilmiş yazıların Azərbaycan Mətbuat Şurasının “qara siyahı”sında yer alan kütləvi informasiya vasitələrində çıxması yolverilməzdir.
Müsabiqə üçün yazılar ayrıca zərfdə şəxsən təqdim olunmalıdır.

Müsabiqə üçün yazılar may ayının 2-dən iyun ayının 1-dək həftənin iş günləri saat 11.00-dan 17.00-dək Bakı şəhəri, Məmməd Araz 4 ünvanında (əvvəlki Teymur Əliyev 38 ünvanı - Azərbaycan Mətbuat Şurasının ofisi) qəbul ediləcək.
Təqdimat prosesində müsabiqə qaydalarının hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və material qəbul edilməyəcək.






Fikirlər