YENİ NAZİR SÜRƏTLİ BAŞLADI, Anlaşma Memorandumu imzaladı - KONFRANS + FOTO

Ümumdünya Meteorologiya Təşkilatının Baş katibi Petteri Taalasın Azərbaycana səfəri çərçivəsində Bakıda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə "İqlim dəyişmələrinə adaptasiya sahəsində meteorologiya təşkilatlarının vacib rolu” mövzusunda konfrans keçirilib.

AzerTaym.az nazirliyə istinadən bildirir ki, konfransda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Ümumdünya Meteorologiya Təşkilatının baş katibi Petteri Taalas, BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İsaqzai və FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri xanım Mələk Çakmak və beynəxalq təşkilatların, dövlət qurumlarının, elmi-tədqiqat institutlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Tədbir çərçivəsində həmçinin Azərbaycan və Ümumdünya Meteorologiya Təşkilatı ilə hüquqi bazanın möhkəmləndirilməsi məqsədi ilə "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Ümumdünya Meteorologiya Təşkilatı arasında Anlaşma Memorandumu” imzalanıb. 






Fikirlər