Nərimanov rayonunda “Müstəqil Azərbaycanım” mövzusunda bilik yarışmaları layihəsinin açılış mərasimi kecirilib

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsi və “Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə Dövlət müstəqilliyinin 25 illiyi ilə əlaqədar gənclər arasında “Müstəqil Azərbaycanım” mövzusunda bilik yarışmaları layihəsinin açılış keçirilib.

Qeyd edək ki, 11 oktyabr 2016-cı il tarixdə Azərbaycan Kooperasiya Universitetində və Bakı Biznes və Kooperasiya Kollecində layihənin ilk yarışmaları keçirilib.

Açılış mərasimində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elnarə Kazımova, “Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin sədri Pərviz Mustafayev, İctimai Birliyin baş katibi Ləman Muradova, Demokratik İslahatlar Partiyasının humanitar məsələlər üzrə müşavir Rövşən Nəcəfov, "Fəal Gənclər" İctimai Birliyin sədri İsmayıl İsmayılov, Azərbaycan Kooperasiya Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov, "Təfəkkür" Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Asəf Cabbarlı, Bakı Biznes və Kooperasiya Kollecin Tələbə-Gənclər Təşkilatının sədri Nigar Kərimaova və 300 nəfər fəal gənc iştirak etmişlər.

İlk öncə qonaqları salamlayan Azərbaycan Kooperasiya Universitetinin Tələbə - Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov tədbirin mahiyyəti və gənclər üçün faydası barədə danışıb, elmə, təhsilə olan marağın artırılması, liderlik, komandada işləmək bacarığı kimi xüsusiyyətlərin üzə çıxarılması istiqamətində gənclərin ictimai fəallığını və sosial aktivliyini təmin edilməsi məsələlərlə bağlı məlumat vermişdir.

Sonra "Yeni Gələcək" Gənclərin Maariflləndirilməsi İctimai Birliyinin baş katibi Ləman Muradova layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki, layihənin əsas məqsədi dövlət müstəqilliyimizin 25 illiyi ilə əlaqədar olaraq gənclər arasında Azərbaycanın tarixi, mədəniyyəti, coğrafiyası və iqtisadiyyatı haqqında bilik yarışmasının keçirilməsidir. Eyni zamanda gənclərimizin bu istiqamtdə vətənpər ruhunda böyüməsi üçün öz vətənləri haqqında biliklərinin artırılması, həmçinin qimətləndirməsidir. Bununla yanaşı dövlətimizin 25 illik müstəqillik tariximizdə əldə olunan uğurlar, nailiyyətlər cəmiyyətdə təbliğ edilməsidir. Layihə qarşısında qoyulan vəzifələr dövlət müstəqilliyimizin 25 ildə qazandığı uğurlara gənclərin baxışının öyrənilməsidir. Həmçinin gənclərimizin öz vətəni haqqında biliklərinin qiymətləndirilməsidir, eyni zamanda artırılmasıdır. Gənclərin formalaşmasında və vətənə bağlılığı sahəsində işlərin aparılmasıdır. Layihə üzrə vəzifə və məqsəd həm bilik yarışmasının keçirilməsi, eyni zamanda dövlət müstəqilliyimizin 25 illiyi ilə əlaqədar uğurlar və nailiyyətlərin təbliği, gənclərin dövlət müstəqilliyinə baxışının təhlil edilməsidir və vətənə bağlılığının artırılmasıdır. Bu baxımdan bu tədbirlərin keçirilməsi, layihənin məqsəd və vəzifələri sırf olaraq dövlət müstəqilliyimizin həm 25 illiyi ilə əlaqədar təbirin keçirilməsi, həmçinin gənclərimizin maarifləndirilməsi, bilik və bacariğının artırılmasına yardımçı olacaqdır.

Sonda Demokratik İslahatlar Partiyasının humanitar məsələlər üzrə müşavir Rövşən Nəcəfov, "Təfəkkür" Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Asəf Cabbarlı bu kimi tədbirlərin həm gənc nəslin bilik və bacarıqlarının artırlmasındakı əhəmiyyətindən danışıb, həm də Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası gənclərə dəstək verməklə ölkəmizdə gənclərin potensialının üzə çıxarılmasının müsbət əhəmiyyətini,olimpiadanın gənclərin intellektual səviyyəsinin yüksəldilməsi, onların bilik və bacarıqlara yiyələnməsi baxımından önəmini qeyd etmişdir.T.Əkbərov bildirmişdir ki, Ümummilli lider Heydər Əliyev daim təhsilə, tərbiyəyə strateji sahə kimi baxmış, Vətənin, xalqın tərəqqisində оnların rоluna yüksək qiymət vermişdir. “Təhsil sahəsi xalqımızın bu günü, millətimizin, dövlətimizin gələcəyi üçün ən vacib bir sahədir”, – deyən müdrik rəhbər Azərbaycan təhsilinin inkişafı naminə son dərəcə böyük işlər görmüşdür. Bu gün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin gənclərin təhsilinə, elminə göstərdiyi xüsusi diqqət və qayğısı göz qabağındadır. Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESKO-nun Xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın “Yeniləşən Azərbaycana Yeni Məktəblər” layihəsi çərçivəsində inşa edilən yüzlərlə məktəb bu sahəyə xüsusi diqqət və qayğının bariz nümunəsidir.

Rəsmi hissədən sonra Azərbaycan Kooperasiya Universitetində və Bakı Biznes və Kooperasiya Kollecində eyni vaxtda “Müstəqil Azərbaycanım” mövzusunda bilik yarışmalarının ilk mərhələlərinə start verilmişdir.

 

 






Fikirlər