Qərb Universitetinin Dizayn kafedrasının müdiri Respublika elmi-praktiki konfransıda çıxış edib
20 dekabr 2016-cı il tarixdə AZMİU-da "Dizaynın müasir problemləri" adlı I respublika elmi-praktiki konfransı keçirilib.
Konfransda Qərb Universitetinin Dizayn kafedrasının müdiri Əliyeva Prəvanə "Dizaynın sosial aspektləri" mövzusunda çıxış etmiş, həmçinin, universitetin "Dizayn" fakültəsi haqqında məlumat vermişdir.
Qeyd olunmuşdur ki, Qərb Universitetində Dizayn fakültəsi 1996-cı ildən kadr hazırlığına başlayıb. Bu illər ərzində özünəməxsus yanaşmalarla fərqlənən Dizayn məktəbi formalaşmışdır.
Avropanın müxtəlif universitet və dizayn məktəblərinin məhşur dizaynerlərinin master-klassları tələblərə təcrübədə dəstək olmuş və onların professional kadr kimi formalaşmasında əsas rol oynamışdır.AzerTaym.az