Qərb Universitetinin tələbələri uşaq evini xeyriyyə məqsədi ilə ziyarət etmişdir
Qərb Universitetinin Korporativ Sosial Məsuliyyət (KSM) təşəbbüsü davamlı və sosial cəhətdən məsuliyyətli mühitdə fəaliyyət üzrə öhdəliyimizi əks etdirir. Tələbələrin layiqli vətəndaş kimi yetişib cəmiyyətdə aparıcı rol oynaması universitet üçün çox böyük əhəmiyyət kəsb edir. Bu istiqamətdəki planları iqtisadi, ekoloji, sosial sahədəki hədəflərimizlə birgə davam etdiririk. - Şəhər təmizləmə kampaniyalarında fəal iştirak; - Ətraf mühiti qorumaq məqsədilə ağacların əkilməsi və Xəzər dənizi ətrafının təmizlənməsi; - Regionlarda iqtisadi inkişafa dəstək olmaq məqsədilə əhalinin bilik və sahibkarlıq bacarıqlarının artırılması; - Uşaq evlərini və qayğıya ehtiyac olanları ziyarət etmək. Belə ki, 17 dekabr 2016-cı il tarixində Qərb Universitetinin tələbələri "Yeni ildə körpələri sevindirək" devizi ilə Zabratdakı 2 nömrəli uşaq nevroloji sanatoriyasındakı körpələri ziyarət edərək, onları müxtəlif hədiyyələrlə sevindirmişdir. Artıq körpələr və qocalar evini ziyarət etmək Qərb Universitetinin tələbələri üçün adət halını almışdır. Son illər ərzində müxtəlif uşaq və qocalar evini ziyarət edən tələbələrimiz onları sevindirmək, bir günlük olsa da onların qayğısına qalmaq üçün əllərindən gələni əsirgəmirlər. AzerTaym.az