04.02.2014. - Bu gün "Facebook günü"dür

04.02.2014. -  Bu gün "Facebook günü"dür Bu gün Facebook sosial şəbəkəsinin 10 yaşı tamam olur.
Bu sosial şəbəkə 2004-cü ilin bu günündə Harvard Universitetinin tələbəsi Mark Zukerberq və onun otaq yoldaşları Eduardo Saverin, Dastin Moskovits və Kris Hyuz tərəfindən yaradılıb.

Bu gün Facebook-un 1,23 milyarddan çox istifadəçisi var.

İlk vaxtlar sosial şəbəkə “Thefacebook” adlanıb və saytdan ancaq Harvard universitetinin tələbələri istifadə edə biliblər.

Daha sonra isə ABŞ-ın edu domenli elektron ünvanı olan digər universitet tələbələri də saytdan istifadə ediblər.

2006-cı ilin sentyabr ayından isə sayta giriş elektron ünvanı olan 13 yaşından yuxarı bütün internet istifadəçiləri üçün açılıb.

10 il ərzində Facebook-un Mark Zukerberqə 31 milyard dollar qazandırdığı hesablanır. Hazırda Facebook-un bazar dəyəri 150 milyard dollar kimi ifadə edilir. Şirkətin 150 milyard dollarlıq bazar dəyərinə ABŞ tarixində ən sürətli şəkildə çatdığı bilinir.

Bu gün Azərbaycanda bu sosial şəbəkədən 1,2 milyondan çox adam istifadə edir.







Fikirlər