"Facebook"u məhkəməyə verdilər Sosial şəbəkə istifadəçiləri şirkətin öz mənfəəti üçün şəxsi mesajları reklam firmaları ilə paylaşmaqda ittiham edilir

ABŞ-ın Kaliforniya əyalətində iki "Facebook" istifadəçisi Amerikadakı bütün istifadəçilər adından adıçəkilən sosial şəbəkəni məhkəməyə verib.

"Azertaym.az"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, şirkət istifadəçilərin şəxsi mesajlarını öz mənfəəti üçün bəzi firmalarla paylaşmaqda ittiham edilir.
Şirkətin məhkəmə işinə Kaliforniya əyalətinin şimal bölgəsindəki ABŞ Regional Məhkəməsində baxılır. "Facebook" şirkəti əyalətin xüsusi gizlilik qanunlarını pozulmaqla təqsirləndirilir.
İddia ərizəsində "Facebook"dan hər pozuntu halı üçün 100, zərər gördüyünü ifadə edən hər bir istifadəçi üçün də 10 min dollar təzminat istənilir.
Mövzu ilə bağlı açıqlama verən "Facebook" rəsmiləri isə ittihamların yersiz olduğunu və özlərini layiqincə müdafiə edəcəklərinə inandıqlarını deyib.






Fikirlər