Ermənilərin "halal lavaşı"?! (FOTO)
Azertaym.az-ın məlumatına görə, bu şəkilin təbii ki, hansı məqsədlə qoyulduğu bilinməsə də, bunun görünən yalnız iki tərəfi ola bilər. Roman bu şəkili paylaşmaqla ermənilərin halal lavaşını ya reklam edir, ya da bunları yazmaqla erməniləri növbəti plagiatlıqda ittiham edir.
"Facebook" sosial şəbəkəsində Romanın paylaşdığı bu şəkilə 200-dən çox şərh gəlib. Yazılan şərhlər arasında azərbaycanlılarla yanaşı, çoxsaylı ermənilər də fəal iştirak edib. Səbəb isə aydındır, hər millətin nümayəndəsi bu halal lavaş haqda öz mülahizələrini oxucuların beyninə hopdurmaq istəyir. (https://www.facebook.com/photo.php?fbid=10201380131797764&set=a.4053965220001.2155308.1008168589&type=1&theater)
Təkcə müasir tariximizdə “dağlıq”, “qarabağ” kimi sözlərimizdən özlərinə yeni bir “dövlət qurumu” yaratmaq istəyən ermənilərdən hər şey gözləmək olar. Onların bu fitnəkarlığına, plagiatlığına qarşı isə Azərbaycanın yalnız bir cavabı var. Həqiqət və iqtisadi dirçəliş. Ermənilərin istər siyasi dünya görüşündə, istərsə də adi yaşayış həyatlarında bu iki məfhumun heç biri yer almayıb.
Deməli, onları sonda öz plagiatlığı şar kimi çölündən olmasa da içindən partladacaq. Onsuz da ermənilərin çölü ruslara məxsusdur, elə içləri də. Rusiyanın forpostu hesab edilən Ermənistan hər şeyini itirməyə doğru gedir. Ən əsası müstəqilliklərini itirirlər…