BDU tələbələri çöl təcrübəsində - FOTOLAR
Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin III kurs tələbələri Yerquruluşu və kadastr kafedrasının dosenti Akif Oruclunun rəhbərliyi ilə universitetin Quba Tədris Təcrübə və İstirahət Mərkəzində çöl təcrübəsində iştirak ediblər. "AzerTaym.az" “Qafqazinfo”ya istinadən məlumat verir ki, təcrübənin məqsədi elm ilə təhsilin vəhdəti əsasında alimlərin bilik və bacarığını tələbələrə öyrətmək, onlarda elmi tədqiqata həvəsi artırmaq, tələbələrin təcrübi və istehsalata hazırlıq vəziyyətini yaxşılaşdırmaqdır. Təcrübə müddətində ətraf ərazilərin müxtəlif landşaft komplekslərinin tədqiqi baxımından torpaqların münbitliyinin öyrənilməsi və səmərəli istifadəsi üzrə tədqiqatlar aparılıb, torpağın strukturu, mexaniki tərkibi, bitki köklərinin yayılması işləri həyata keçirilib. Təcrübə müddətində Mərkəzin yerləşdiyi II Nügədi kənd bələdiyyəsi ilə tələbələrin görüşü təşkil olunub, onları maraqlandıran çoxsaylı suallar bələdiyyə sədri və mütəxəssislər tərəfindən cavablandırılıb.