Bakı Biznes Universiteti haqda müsbət ictimai rəy möhkəmlənməkdə davam edir

Bakı Biznes Universiteti haqda müsbət ictimai rəy

İndi hər hansı şəxs və ya obyekt haqqında ictimai rəyi öyrənmək üçün ən asan üsul kimi internetdə onun adı ətrafında informasiya axtarmaq metodu seçilir.
Az qala hamı üçün əlverişli olan bu informasiya məkanında isə əyri ilə düz məlumatı bir-birindən ayırd etmək bəzən çətin olur. Xalq şairi Qabil demişkən,

Aşıb-daşır kitab seli, kitab ümmanı,

Can oxucu, qızıl ilə xəzəli tanı…


Həqiqət elə bir müqəddəs dəyərdir ki, onu həmişə yalanlar korteci müşayiət edir. Ağ yalanları ifşa etmək çətin deyildir. Yalanların ən qorxulusu isə həqiqətin azacıq təhrif olunmuşudur. Bu yerdə bir rus məsəlini xatırlatmağa dəyər: “Ustami mladentsa qlaqolit istina” (“Həqiqət uşaq dilində danışır” - red.). Odur ki, hər hansı bir hadisə haqqında gerçəyi öyrənmək üçün hal şahidinin yaşı azdırsa, demək, hələ həqiqətə yalan qatmayacaq qədər məsumdur. Cəmiyyətin güzgüsü sayılan kütləvi informasiya vasitələri də ən azından orta məktəb haqqında məlumat toplayarkən şagirdlərdən, ali məktəb barədə yazı hazırlayarkən tələbələrin özündən söz soruşmağın, cavab almağın vacibliyini nəzərə almalıdırlar. Çünki hər halda məhz yetişməkdə olan nəslin nümayəndələrinin deyəcəkləri həqiqətə daha yaxın olar. Azı o səbəbə görə ki, onlarda hələ yalan yetişməyib. Onların söylədiklərinə inanmamaq elə öz gələcəyimizi qabaqcadan şübhə altına almağımız anlamına gələr.

Bakı Biznes Universiteti haqda müsbət ictimai rəy
Bakı Biznes Universiteti haqda müsbət ictimai rəy











Odur ki, Bakı Biznes Universiteti barədə əldə etdiyimiz informasiyalar sırasında ilk növbədə bu ali təhsil müəssisəsinin bir tələbəsinin qeydlərini önə çəkmək qərarına gəldik:

“…Qısa müddətdə oxumağıma baxmayaraq, bura mənim üçün doğma elm məbədinə çevrildi. Qrup yoldaşlarım, ünsiyyətdə olduğum tələbə dostlarım da oxuduğumuz ali məktəbə eynən bu münasibətdədirlər. İlk gündən hiss etdik ki, müəllimlərimizin tələbkarlığı ilə yanaşı qayğıkeşliyi, bizə hər hansı məsələdə düzgün yol seçməkdə kömək etmələri, aldığımız bilgilər gələcəkdə əsl mütəxəssis kimi yetişməyimizə öz töhfələrini verəcəkdir. Oxuduğumuz müddətdə müşahidələrimiz, təhsilin səviyyəsi və universitetin həyatında baş verən yeniliklər bir daha, ali təhsil ocağı kimi Bakı Biznes Universitetini seçməkdə yanılmadığımızı təsdiqləyirdi. Çünki burada ən yeni dövrün kadr hazırlığı prosesi həyata keçirilir…

Rəsmi cümlələrdən, deklorativ görünən informasiya təqdim etməkdən həmişə yayınmağa çalışmışıq və həmişə hesab etmişik ki, jurnalistikada bu sayaq efir vaxtını və qəzet səhifəsini doldurmaq meylləri oxucunu usandıra bilər. Ancaq Bakı Biznes Universitetinin öz missiyası barədə ictimaiyyətə verdiyi bəyanatı KİV-də olduğu kimi təqdim etməyin əhəmiyyətini də dana bilmərik. Oxucunun, övladı üçün yol göstərmək, ali məktəb seçimi etmək istəyən valideynin Bakı Biznes Universitetinin bu təqdimatını oxumağa sərf etdiyi vaxt onu usandırmamalı, əksinə, gələcəyə qoyulmuş sərmayə kimi dəyərləndirilməlidir.

Bakı Biznes Universiteti haqda müsbət ictimai rəy  Bakı Biznes Universiteti haqda müsbət ictimai rəy









Beləliklə, Bakı Biznes Universitetinin öz üzərinə götürdüyü missiya Azərbaycan Respublikasında bazar iqtisadiyyatı münasibətlərinin formalaşması və inkişafında müşüm rol oynayan biznes və sahibkarlıq sahəsində yüksək ixtisaslı kadrlar hazırlamaqdan ibarətdir. BBU biznes və sahibkarlıq sahəsində bilik almaq istəyən hər kəs üçün imkan yaradır.

Tam qanuni, lisenziya əsasında fəaliyyət göstərən Bakı Biznes Universitetində tədris prosesi 15 ixtisasda bakalavr və magistr hazırlığı üzrə 2 fakültə və 8 kafedra tərəfindən aparılır. Universitetdə iqtisadiyyat, idarəetmə və biznes sahələri üzrə geniş profili mütəxəssislər hazırlamaq üçün Azərbaycan Respublikasının tanınmış alim və mütəxəssisləri çalışırlar.

Bakı Biznes Universiteti haqda müsbət ictimai rəy  Tədris prosesinin əsas məqsədi hər bir tələbənin fərdi keyfiyyətlərinin üzə çıxması üçün şərait yaratmaqdır. Prosesdə aparıcı fənlər təlim vaxtının 80 faizini təşkil edir. Tədris, ixtisas və elmi-tədqiqat təcrübələri dünya təcrübəsinə istinad edilərək müvafiq baza müəssisələrində və laboratoriyalarda interaktiv metodlardan istifadə etməklə aparılır. Universitetdə iki mərhələdə - Mühasibat uçotu və audit; Menecment; Marketinq; İqtisadiyyat; Sənayenin təşkili və idarə edilməsi; Biznesin idarə edilməsi; Dövlət və bələdiyyə idarəetməsi; Maliyyə; Dünya iqtisadiyyatı; Tərcümə (ingilis dili); Bank menecmenti (magistr); Maliyyə (magistr); Mühasibat uçotu və audit (magistr); Dövlət və bələdiyyə idarəetməsi (magistr); Dünya iqtisadiyyatı (magistr) ixtisasları üzrə mütəxəssislər hazırlanır.

Universitetin məzunları müxtəlif sahələrdə - dövlət və özəl sektorlarda, həmçinin müstəqil biznes və xidmət sahələrində uğurla fəaliyyət göstərirlər. Yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında dərin nəzəri biliklərə və geniş praktik təcrübəyə malik tanınmış professor-müəllim heyəti böyük əmək sərf edir.

Universitet tələbələrin elmi fəaliyyətini təşkil etmək üçün Tələbə Elmi Cəmiyyəti, iqtisadi və sosial araşdırmalar aparmaq üçün tədqiqat mərkəzləri fəaliyyət göstərir. Burada biznes aləmi üçün faydalı olan bir çox mühüm mövzularda konfranslar, simpoziumlar, elmi seminarlar və mühazirələr təşkil edilir.

Bakı Biznes Universiteti haqda müsbət ictimai rəy  Bakı Biznes Universiteti haqda müsbət ictimai rəy









Xüsusi vurğulamağa dəyər ki, Bakı Biznes Universiteti öz məzunlarının məşğulluğunun təmini ilə də qayğılanır, onların əmək bazarında yer tutmaları üçün dövlət və qeyri-dövlət qurulması ilə müştərək tədbirlər keçirir. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbirləri BDU-da da reallaşdırılır. Tədbirlərdə işəgötürənlər gələcəkdə ixtisaslı kadrların seçiminin aparılması üçün tələbə və məzunlardan SV-lər qəbul edirlər. Müvəqqəti xarakterli işlərlə təmin olunmaq istəyən şəxslər Səyyar Əmək Birjası tərəfindən qeydiyyata alınırlar. Universitetin məzunları üz tutduqları idarə, müəssisə və təşkilatlarda məmnunluqla qarşılanırlar.

Bəlkə də çox ciddi-cəhdlə, necə deyərlər, “gündüz əldə çıraqla” axtarılsa, BBU-nun tələbələri sırasından narazılığını ifadə edən kimisə tapmaq olar. Lakin bir az daha artıq səy göstərilib araşdırılsa məlum olar ki, həmin gənc ya özünün səhlənkarlığı, ya kredit borcunu ödəməməsi, daxili nizam-intizam qaydasını pozması səbəbindən tələbələr sırasından xaric edilib, ya da özünün və ya yaxın adamlarının siyasi orientasiyasının şübhəliliyi səbəbindən yad təsirlərə məruz qalıb. Belələri çox asanlıqla qeyri-konstruktiv, radikal qüvvələrin təsir dairəsinə düşür, eyni zamanda pozucu KİV-in, “reket” jurnalistikanın “etibarlı informasiya mənbəyi”nə çevrilirlər. Amma bu da danılmaz həqiqətdir ki, müasir Azərbaycan cəmiyyəti, ələlxüsus da gənclik kifayət qədər yetkinləşib və aldığı informasiyanı öz fikir süzgəcindən keçirmədən inanacaq qədər sadəlövh deyildir.

Bakı Biznes Universiteti haqda müsbət ictimai rəy  Bakı Biznes Universiteti haqda müsbət ictimai rəy

Çox hörmətli alimimiz iqtisad elmləri doktoru, professor İbad Abbasovun rektorluq etdiyi Bakı Biznes Universitetinin haqqında formalaşmış müsbət ictimai rəy ildən-ilə möhkəmlənməkdə davam edir. Ümid etməyə dəyər ki, universitetin professor-müəllim heyəti və tələbə kontingenti bundan sonra da uğurlarının sırasını artıracaqdır.

Azər Abdul.

 






Fikirlər