Azər Xəlilov ATV-dəki son durumu AÇIQLADI
ATV-yə bu gün rəhbər təyin olunan Azər Xəlilov işdən çıxarılanlarla bağlı yayılan xəbərlərə aydınlıq gətirib. O, “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, hələlik kimlərinsə işdən kütləvi şəkildə çıxarılmasından söhbət gedə bilməz: “Bu dəqiqə bizim kimlərisə işdən uzaqlaşdırmağımızdan danışmaq doğru deyil. Getmək istəyənlərin isə qarşısını kəsmək olmaz. Bu ana olan reallıq ondan ibarətdir ki, işdən getmək üçün 3 nəfər ərizə yazıb və qəbul edilib. Onların arasında Vüqar Qaradağlının qaynı və kanalın vitse-prezidenti vəzifəsini tutan Rauf Dadaşov da var”. A. Xəlilov bildirib ki, bir həqiqət də var ki, TV-də bu vəziyyətin yaranmasına səbəb olan “ATV-Səhər” və “Yoxlama” verilişlərinə artıq ehtiyac qalmayıb. Yeni rəhbər deyib ki, ilk işi ATV-nin yaradıcı kollektivi ilə görüşüb situasiyanı təhlil etmək və kanalın doğru istiqamətdə irəliləməsini təmin etməkdir. O, “CBC”də fəaliyyətini davam etdirib etdirməyəcəyi ilə bağlı məsələnin hələlik konkretləşmədiyini də vurğulayıb.