19.06.2014.- “Kaspar”ın baş həkimi işdən çıxarıldı
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin balansında olan Mərkəzi Dənizçilər Xəstəxanasının (“Kaspar”) baş həkiminin işdən çıxarılmasıyla bağlı AzNews.az-a məlumat daxil olub.
Məlumatda bildirilir ki, Ramazan Məhərrəmov Səhmdar Cəmiyyətin rəisi Rauf Vəliyevin istəyinə uyğun olaraq vəzifəsindən kənarlaşdırılıb. Onun yerinə isə Gerasim Rüstəmov təyin edilib.
Qeyd edək ki, Rauf Vəliyev bu vəzifəyə təyin olunandan qurumda bir-birinin ardınca ciddi kadr dəyişiklikləri edir.