Kooperasiya Universitetinin tələbələrindən prezidentə dəstək - FOTOLAR
Bu gün Azərbaycan Kooperasiya Universitetində universitet rəhbərliyi və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Ermənistanın ölkəmizə qarşı növbəti uğursuz silahlı təxribatı nəticəsində təmas xəttində baş verən hadisələrlə əlaqədar aprelin 2-də Prezident yanında Təhlükəsizlik Şurasının iclasında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin çıxışına dəstək tədbiri keçirilib. Bu haqda Universitetin mətbuat xidməti məlumat verilib. Tədbiri giriş sözü ilə Universitetin rektoru, Millət Vəkili, professor Eldar Quliyev açıb.<p"> “Mənfur erməni işğalçıları tərəfindən mövqelərimizə və yaşayış məntəqələrinə edilən təxribatçı hücumun qarşısının mütəşəkkil və yenilməz Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alındı, həyata keçirilən operativ cavab tədbirləri nəticəsində qəsbkarların xeyli sayda canlı qüvvə və hərbi texnikasının rəşadətlə məhv edilərək düşmənin qorxu içində geri çəkildiyini və nəticə etibarı ilə işğal altında olan mövqelərin düşməndən azad edilərək silahlı qüvvələrimizin daha əlverişli üstün mövqelərə sahibdir”.
E.Quliyev düşmənə bir qarış torpaq belə güzəştə getməyən güclü ordumuz tərəfindən əldə olunmuş bütün bu nailiyyətləri Azərbaycan prezidenti İlham Əliyevin rəbərliyi altında maddi-texniki bazası gücləndirilən Azərbaycan Silahlı Qüvvələrinin və bütövlükdə bütün xalqımızın növbəti uğuru kimi dəyərləndirib.
Tədbirdə çıxış edən Bakı Biznes Kooperasiya Kollecinin direktoru Fatimə Quliyeva, Vilayət Əliyev, Tələbə Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov ermənilərin mənfur əməllərinin beynəlxalq səviyyədə qınaq obyektinə çevrildiyini, Azərbaycanın haqlı mövqeyinin dünya birliyi səviyyəsində dəstəkləndiyini diqqətə çatdıraraq, bunu ölkə rəhbərinin yürütdüyü uğurlu xarici siyasətin bariz nümunəsi olduğunu qeyd ediblər.
Sonda tələbələrin möhtəşəm ifasında qüdrətli Azərbaycan Himni səsləndirilib.