ATƏŞİ kəsilməyən TƏRTƏRdə bir gün... - FOTOLAR

 


Son zamanlar cəbhə bölgəsindəki müharibəylə bağlı həqiqətən çox narahatlıq keçirirdim. Hər gün şəhid, hər gün ana fəryadı adamı daha çox kədərləndirirdi.
Düzdü, şəhid olanlar torpaqlarımızın uğurunda şəhid oldular. Amma, yenə də belə gənc insanların ölümünə heyifsilənməmək olmur. Qərara gəldim ki, cəbhə bölgəsinə yola düşüb əsgərlərimizə baş çəkim. Mənim bu təklifimə dostlarım Özkan SilahdaroğluAnna Zemçenko da qoşuldu. Birlikdə üzü Tərtər istiqamətində yola düşdük.
Kürdəmirdə səhər yeməyi...
 
Özkan qardaşımın öz maşının olması bizim üçün göydəndüşmə kimi bir şey oldu. Çünki, bu qədər yolu avtobusla getmək bizə çox yorucu olardı. Elə ilk dayanacağımız Kürdəmir rayonu oldu. Tezdən yola düşdüyümüzə görə burada restoranların birində saxlayıb səhər yeməyi yedik. Bir az hava aldıqdan sonra yolumuza davam etdik.
Cəbhəyə gedirik...
Kürdəmir rayonunu keçib Yevlax rayonundan keçəndə yol polisi əməkdaları maşınımızı saxladı. Sənədlərimizi yoxladıqdan sonra cəbhəyə getdiyimizi biləndə çox sevindilər: “gedin, sizə yaxşı yol!”. Yolumuza davam etdik. Bərdə rayonu ərazisində dayanıb yenə bir az dincimizi aldıq. Bu qədər uzun yolu Özkan bəy sürdüyünə görə istəmirdik ki, o çox yorulsun, hələ geri qayıtmaq da var idi.
Borsunlu kəndində hər şey öz axarı ilə davam edir...
Uzun bir yolu qətt etdikdən sonra Tərtərin rayonunun Borsunlu kəndinə gəlib çatdıq. Borsunlu kəndi rayon mərkəzindən 27 km, Tərtər-Gəncə magistral yolundan isə 9 km aralı şimal-qərbdə yerləşir. Bosunlu kəndindən Kiçik Qafqazın Murov dağ silsiləsi aydın görünür. Kənd çox da yüksək olmayan dağ silsilələrinin əhatəsində və İncə çayının sahilində düzənlikdə yerləşir. Kəntdə dayanıb həm dincimizi aldıq, həm də gedəcəyimiz yeri dəqiqləşdirdik. Kəntdə hər şey öz axarı ilə davam edir. Kənd sakinləri birldirdi ki, artıq bir neçə gündü sakitlikdi, atışma dayanıb. Atışma olsa da, biz kəndlərimizi tərk edən deyilik. Əsgərlərimizin hünərinə bələdik. Onlar bir qarış da olsun ermənilərə torpaq verməzlər.
Həm əsgərlərimiz, həm də komandirlər bizi yaxşı qarşıladı...
Gedəcəyimiz hərbi hissədə digər əsgərlərlə bərabər tanış əsgərlər də var idi. Gedib hərbi hissədə onlarla görüşdük. Həm səgərlərimiz, həm də onların komandirləri bizi çox yaxşı qarşıladılar. Düzdü, biz azad olunmuş kəndlərə qədər gedə bilmədik. Komandirlər bildirdi ki, bunun üçün siz Bərdə korpusundan icazə almalısınız: bundan sonra biz sizi həmin ərazilərə apara bilərik. Razılaşdıq ki, gələn dəfə yenə cəbhəyə yola düşəndə icazə alıb birbaşa azad edilmiş kəndlərdə olaq. Əsgərlərlə görüşdük və onlarla söhbətimiz zamanı məlum oldu ki, hər şey yaxşıdı. Axşama isə geri Bakıya qayıtdıq.
Vasif Əlihüseyn






Fikirlər