DYP rəisi “AVTOŞ” oğlunu həbs etdirdi – ATA OGLUNU tutdurdu!

gence yol polisi

Ramin Zalov Gəncə Şəhər DYP-nin rəisi Rəhim Zalovun oğludur və onun “avtoş”luq etməsinə kimsə söz demir.

Azərbaycanda bəzən unikal hadisələr yaşanır. Jam.az xəbər verir ki, adətən DYP rəisləri və ya əməkdaşları maksimum dərəcədə öz yaxınlarını himayə etməklə, qanunsuzluq etmələrinə şərait yaradır. Lakin Gəncədə bunun tərsi baş verib. Məlumatlarda deyilir ki, uzunmüddətdir Gəncə əhalisinin başının bəlasına çevrilmiş Ramin Zalov özünün avtoşluğu ilə diqqəti çəkib. Atası Rəhim Zalovun himayəsinə sığınan oğlu, hətta işi o yerə çatdırıbmış ki, aprel döyüşlərindən sonra Gəncəyə gətirilən şəhidlərin dəfni zamanı da dayana bilməyib, şəhərin mərkəzində maşınıyla manevrlər etməyə başlayıb. Bu zaman videogörüntüyə alınan hadisə isə qalmaqala səbəb olub.

Ramin Zalov Gəncə Şəhər DYP-nin rəisi Rəhim Zalovun oğludur və bu səbəbdən də onun avtoşluq etməsinə kimsə söz demir. Amma hadisənin şəhid dəfnləri dönəminə təsadüf etməsi onun atasının da qəzəblənməsinə səbəb olub. Daha doğrusu, belə bir vəziyyətdə oğlunun özbaşınalıq etməsindən bərk narahat olduğu üçün tədbir görmək məcburiyyətində qalıb. Məlumatlarda deyilir ki, 20 DL 220 dövlət nömrə nişanlı «Niva» markalı maşınıyla avtoşluq edən Ramin Zalov elə atası tərəfindən saxlanılıb. Sonra isə Gəncə Şəhər Məhkəməsinə aparılıb və orada haqqında 7 sutkalıq həbs qəti-imkan tədbiri seçilib.

DYP rəisinin oğlu «Niva» markalı maşınıyla avtoşluq edərkən dövlət nömrə nişanından deyil, saxta tranzit nömrədən istifadə edirmiş. Məlum olub ki, rəis oğlunun istifadə etdiyi saxta nömrə 2014-cü ilə aid olan tranzit nömrədən ibarət olub. Halbuki tranzit nömrələr qısa müddət üçün verilir və “Niva” maşını isə Ramin Zalov tərəfindən 2015-ci ildə alınıb.

 






Fikirlər