BAXCP sədri Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının tərkibində.
Prezident İlham Əliyev Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının tərkibini təsdiqləyib və Şuranın üzvləri arasında BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev də var.
Bunu Moderator.azsaytına BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı bildirib. Onun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarını IV Qurultayında yenidən Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının sədri, Nazim İbrahimov isə yenidən Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının icraçı katibi seçilib:
“Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının budəfəki siyahısında yüksək vəzifə tutan hökumət və dövlət rəsmiləri, bəzi deputatlar, yazıçılar, alimlər, xaricdəki diaspor rəhbərlərindən, tanınmış ictimai-siyasi xadimlərdən də yer alanlar var. Bunlar Respublika Ağsaqqalar Şurasının sədri Fəttah Heydərov, Azərbaycan Respublikası Prezidenti Adminstasiyası rəhbəri Ramiz Mehdiyev, Baş nazirin müavini Əli Əhmədov, Prezidentin köməkçisi Əli Həsənov, Azərbaycan Prezident Adminstasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov, Azərbaycan Milli Aviasiya Akademiyasının rəhbəri Arif Paşayev, Leyla Əliyeva, Tale Heydərov, Qənirə Paşayeva, Əli Hüseynli, Azay Quliyev, Anar Rzayev, Elçin Əfəndiyev, Fatma Abdullazadə, Hacıbala Abutalıbov, Zeynəb Xanlarova və digər şəxslərdı".
Moderator.az şuranın tam tərkibini təqdim edir: