Usubov iki İCRA başçısının oğlu ilə bağlı ƏMR verdi

ramil-usubov-nardaran-hadiselerinden-danisdi-23-cu-defedir-video_1565f27914f0d7-xebervar_com

Daxili İşlər Nazirliyində növbəti kadr dəyişiklikləri baş verib.

Mia.az xəbər verir ki, nazir Ramil Usubovun əmri ilə Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin rəisi Vüsal Qaraşov vəzifəsindən azad edilib. Nazirin digər əmri ilə o, Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin rəisi təyin edilib.

Nazir Ramil Usubovun başqa əmriylə isə 29-cu PB-nin rəisi Faiq Hüseynov sərəncama götürülüb. Onu da qeyd edək ki, Vüsal Qaraşov Lənkəranın icra başçısı Taleh Qaraşovun oğludur. Sərəncama götürülən Faiq Hüseynov isə Binəqədinin sabiq icra başçısı Hüseyn Hüseynovun oğludur.






Fikirlər