Ölkədə mobil operatorlarla, internet provayderləri ilə bağlı problemlər bitib-tükənmir
Xüsusən də ayrı-ayrı şəxslər və şirkətlər tərəfindən yaradılan xidmətlər insanların cibinə girir, həm pullarını oğurlarayır, həm də əsəbləri ilə oynayır.
Belə xidmətlərdən bir də Cep.az adlı xidmətdir. Oxucuların tam məlumatlı olması üçün cumhuriyyet.az bildirir ki, bu xidmətin bağlı olduğu AGNA MMC şirkəti “Bakcell”in 1-ci dərəcəli Kontent Provayder şirkətidir. Mobil məzmun satış imkanı verən xidmətin dəyəri 0.47 AZN, istifadə müddəti 7 gündür. Siz abunəliyiniz aktiv olunduğu müddət ərzində limitsiz olaraq şəkil, musiqi, video, proqram və diger məzmunlardan istifadə edə bilərsiniz. Xidmeti deaktiv etmək üçün 9646-a STOP yazıb göndərmək lazımdır.
Bura qədər hər şey normaldır. Amma hər işimizdə olduğu kimi, bu xidmətdə də problemlər – daha doğrusu qanunsuzluq baş alıb gedir. Belə ki, “Bakcell” abonenti olan mobil nömrələr müştərinin istəyi olmadan bu xidmətə qoşulur. Xüsusən də 3G internet xidmətindən istifadə edən abonentlərə avtomotik olaraq abunəlik verilir və balansından 0.47 AZN çıxılır.
Bu xidmətlə bağlı çoxsaylı şikayətlər var. Onlardan biri də 055 625-09-25 nömərəli “Bakcell” abonentidir. Heç bir xəbərdarlıq olmadan xidmətə qoşulan nömrənin sahibinin bir neçə dəfə imtina istəyi baş tutmayıb. O, STOP s.zünü yazıb 9646-ya göndərib. Əvvəlcə, xidmət deaktiv olunub, sonra isə yenidən balansdan 0.47 AZN çıxılaraq xidmət aktiv edilib.
Beləliklə, ölkənin ən böyük mobil operatorlarından birinə bağlı mənşəyi bəlli olmayan bir şirkət abunəçilərinin cibinə girir, onların hüquqlarını pozur. Sözsüz ki, bu fəaliyyətlərdən mobil operatorun – yəni “Bakcell”in xəbəri var. Bir milyondan artıq abunəçisi olan mobil operator hər gün müştərilərinin cibindən milyonların oğurlanmasına şərait yaradır.
Ümumiyyətlə bu kimi xidmətlər yaradan şəxs və şirkətlərin sayı günü-gündən artır. Hətta bir müddət əvvəl yazdığımız kimi insanlar özləri belə bilmədən porno saytlara abunə edilir, onların balansından pullar oğurlanır. Təəssüf ki, bu məlumatlar mütəmadi olaraq mətbuatın gündəminə çıxsa da, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi heç bir tədbir görmür.
Nazirliyin nə köhnə, nə də yeni rəhbərliyi vətəndaşların cibindən oğurluq edən işbazların qarşısını almaq üçün heç bir addım atmır.
“Bakcell”-ə bağlı daxil olan daha bir şikayət mobil operatorun yüksək tarif siyasəti, bərbad xidmət səviyyəsi, fıırldaqlarından bəhs olunur. Redaksiyamızın elektron poçtuna daxil olan məktubu olduğu kimi diqqətinizə çatdırırıq: “Bakcell-in call center-i bərbad vəziyyətdədir. Call Center-də heç bir şikayət qeydə alınmır. Operator deyir ki, şikayətini [email protected] ünvanına yazın. Dedikləri elektron poçt ünvanınada yazanda şablon sözlərlə yola verirlər nəticədə də problem elə problem olaraq qalır. Bakcell-in sosial şəbəkələrdə rəsmi səhifələridə şirkətin özü kimi bərbad vəziyyətdədir. Məsələn: Bakcell-in rəsmi facebook səhifəsində istər commentə, istərsədə inboxa müraciət edəndə həmin mürcaiət ən yaxşı halda 3 saata, ən pis haldada 2 günə cavablandırılır. Lakin bütün mobil operatorların istənilən sosial şəbəkədəki rəsmi səhifəsinə müraciət etdikdə bütün abunəçilərin müraciətləri 5-10 dəqiqə ərzində cavablandırılır. Yəni Bakcell-dən başqa bütün mobil operatorlar abunəçilərinə həm sosial şəbəklər vasitəsilə xidmət göstərirlər. Qiymətlərə gəlincə isə Bakcell-in qiymətləridə həddən artıq bahadır. Müqayisə üçün başlayaq internet qiymətlərindən. Sadə bir misal çəkim Azercell-də 1GB=5 AZN, Azerfon-da 1,5GB(1500 MB)=6 AZN olduğu halda, Bakcell-də 1GB=7 AZN-dir. Üstəlik şəbəkə keyfiyyəti və internetin sürətidə bərbad vəziyyətdədir”.