Azərbaycanlı restoran sahibinin sürücüsünün qətli ilə bağlı yeni TƏFƏRRÜAT

Moskvadakı  “Şeş-beş” restoranlar şəbəkəsinin sahibi Qeys Məmmədovun sürücüsünün öldürülməsi ilə bağlı tam təfərrüatlar ortaya çıxıb.

 AzerTaym.az Modern.az-a istinadən verdiyi xəbərə görə, sürücünün qətlini Moskvadakı osetinicmasının rəhbəri Valeri Kabolov və onun 24 yaşlı oğlu İnal təşkil ediblər.

 İstintaqın versiyasına görə, məhz Kabolov oğlu ilə birlikdə əslən Gürcüstan olan sürücünün öldürülməsi üçün killer tutublar. Killerin bir həftə əvvəl İstintaq Komitəsinin vəsatəti əsasında həbs edildiyi bildirilir.

 Digər xəbərə görə, Şimali Osetiyadan və Azərbaycandan olan mütəşəkkil cinayətkar dəstənin nümayəndələri biznes ortaqlarıdır. Kabolov və Məmmədov isə Moskvanın mərkəzindəki binanın bölüşə bilməyiblər.

 Məmmədovun gürcüstanlı sürücüsü isə bu çəkişmənin qurbanı olub.

 Qeys Məmmədovun sürücüsü başından güllə ilə vurulduqdan sonra ayaqlarına gir bağlayıb yataq kisəsinə salınaraq Moskva çayına atılıb. Onun meyiti iyulun 9-da tapılıb.






Fikirlər