Həbsdəki MTN generalları üzləşdirildi-ÇOVDAROVLA QULİYEV BİR-BİRİNİN ÜZÜNƏ DURDU (EKSKLÜZİV)

elch-akif

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin həbsdə olan iki generalı arasında üzləşdirilmə prosesi keçirilib.

Bu barədə GUNUNSESİ.İNFO-ya hüquq-mühafizə orqanlarından məlumat daxil olub. Məlumatda bildirilir ki, üzləşmə MTN-nin Anti-terror Mərkəzinin sabiq rəisi general-mayor Elçin Quliyevlə nazirliyin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi general-mayor Akif Çovdarov arasında aparılıb. Məlumatda qeyd olunur ki, üzləşməyə səbəb hər iki şəxsin istintaqa bir-birləri əleyhinə verdikləri ifadə olub.

Qeyd edək ki, hər iki general Eldar Mahmudovun mütəşəkkil dəstəsinin əsas simalarından olub.






Fikirlər