İran SƏFİRİ Bakı Dövlət Universitetində olub

“İran səfiri Bakı Dövlət Universitetində olub

İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin və İran Mədəniyyət Mərkəzinin rəhbəri İbrahim İbrahimi Bakı Dövlət Universitetində olublar.

Qafqazinfo” xəbər verir ki, rektor Abel Məhərrəmov bu ilin avqustunda Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli zirvə görüşünün əhəmiyyətindən danışıb, görüşün ölkələrarası münasibətlərin daha yüksək səviyyəyə qalxmasına yaxşı imkanlar yaradacağını qeyd edib.

Eyni zamanda İran universiteləri ilə əlaqələrdən bəhs edən rektor, BDU-da fars dili və ədəbiyyatının tədrisi, birgə elmi əməkdaşlıq, hər iki ölkə alimlərinin müəllifliyi ilə elmi jurnalın işıq üzü görməsi, İran filologiyası kafedrasında davamlı olaraq fars dili olimpiadası və bayramının keçirilməsi, kafedra müəllimlərinin İran universitetlərində təşkil olunan seminar və konfranslarda iştirakı kimi məsələləri yüksək qiymətləndirərək bütün bu işlərdə səfirlik və Mədəniyyət Mərkəzinin dəstəyini xüsusilə qeyd edib.

Tehran Universitetinin rektoru, doktor Nili Əhmədabadinin BDU-nun 95 illik yubileyində iştirakını, əməkdaşlığa dair müqavilənin imzalandığını diqqətə çatdıran rektor, ötən il adıçəkilən universitetin 80 illik yubileyinə qatıldığını və bütün bu səfərlərin əməkdaşlığın inkişafina təsirsiz ötüşmədiyini bildirib.

Möhsün Pakayin, öz növbəsində, səfir kimi fəaliyyət göstərdiyi dörd il müddətində Bakı Dövlət Universiteti ilə əməkdaşlığı yüksək qiymətləndirib, bütün bu işlərin təşkili üçün universitet rəhbərliyinə minnətdarlığını bildirib.

 

İran səfiri Bakı Dövlət Universitetində olub
 






Fikirlər