Yeni rəis çox sayda polisi işdən çıxartdı

bitmap-img6

Azərbaycanın daxili işlər orqanlarında kadr dəyişiklikləri olub. Bərdə Rayon Polis Şöbəsinə (RPŞ) yeni rəis təyin olunduqdan sonra bir neçə nəfər tutduğu vəzifədən azad edilib.

 

Məlumata görə, RPŞ-nin Cinayət axtarış bölməsinin rəisi Məhərrəm Məmmədov, əməliyyat müvəkkilləri Ruslan Əhmədov, Rəşad Məmmədov, Vahid Fənifəyev, Rövşən Məmmədov, Amil Şərifov, Oktay Məmmədov və sahə müvəkili Yaqub Ağayev işdən çıxarılıblar.
Belə ki, Cinayət axtarış bölməsinin əməliyyat müvəkkilləri Vahid Fənifəyev, Oktay Məmmədov, Rövşən Məmmədov və sahə müvəkili Yaqub Ağayev yaş həddinə görə təqaüdə göndərilib. Ruslan Əhmədov və Rəşad Məmmədov isə sərəncama götürülüb.
Bölmənin rəisi Məhərrəm Məmmədov Ağcabədi Rayon Polis Şöbəsinə, əməliyyat müvəkkili Amil Şərifov isə Şirvan Polis Şöbəsinə göndərilib.
Xatırladaq ki, bir neçə gün bundan əvvəl daxili işlər naziri Ramil Usubovun əmri ilə Bərdə Rayon Polis Şöbəsinə İlqar Məmmədov rəis təyin olunub.(Report)






Fikirlər