“Hayat” klinikasında rüsvayçı soyğunçuluq - Detallar

“Şikayətim "Hayat Clinic"in timsalında əksər özəl xəstəxanalardandı”.

Dosye.org-un verdiyi xəbərə görə, Abid Qasımov şikayətində bildirib.

Vətəndaş deyir ki, 1 il qabaq Ankarada Acıbademdə dizindən əməliyyat olunub: “3-4 ay sonra məni əməliyyat edən həkim zəng elədi ki, "bəs Bakıdakı Hayat Clinik Acıbadem ilə əməkdaşlığa başlayıb, 2 günlük Bakıya gələcəm, yanıma gələrsən elə-belə baxaram sənə görüm dizində vəziyyət necədi”.

Qeyd edim ki, bu həkim UEFA-nın futbol üzrə məşhur həkimlərindən biridi, 2008-ci ildə də məni dizimdən əməliyyat etmişdi. Münasibətimiz həkim-xəstə münasibətindən daha çox ailəvi dost səviyyəsindədi.

Nəysə, getdim Hayat klinikasına. Həkimə gəlməyimi demələrinə istəyirəm, demirlər. İstəyirdilər ki, 2 dəqiqə üçün bunlara pul ödəyim. 1 saat gözlətdikdən sonra axırda birtəhər həkimə orda olduğumu çatdırdıqdan sonra yanına qəbul oldum və çıxdım”.

A.Qasımovun sözlərinə görə, yenə 1 həftə qabaq həkim zəng elədi: “Bəs Abid 2 günlük Bakıya gəlirəm, istəyirsən gəl bir baxım dizinə". Mən də dedim həm 1 il keçsə də dizimin vəziyyətin bilim, həm də həkim zəng edib çağırıb getməmək olmaz.

Getmişəm xəstəxanaya, mənə deyirlər 100 manat ödəyin, adınızı yazaq, sonra keçin həkimin yanına. Deyirəm ki, 2 dəqiqə həkimlə hal-əhval tutacağıq deyə 100 manat ödəməliyəm ? Elə burdan çıxanda xəstəxana xaricində də görüşə bilərəm də. Hətta o 100 manatın üstünə biraz da qoyub gedib Ankarada hocamla qarşılıqlı kofe içərəm.

100 manatı ödəməyə gücüm çatırdı, sadəcə mənə qarşı soyğunçuluq eləməmələri üçün nə pul ödədim, nə də həkimlə görüşdüm. Digər özəl xəstəxanalarda da adi konsultasiyanın qiymətinin bu səviyyələrdə olduğunu bilirəm”.

AzerTaym.az






Fikirlər