HƏKİM QURBANI-BU DƏFƏ "XƏZƏR" KLİNİKASINDA

HƏKİM QURBANI-BU DƏFƏ "XƏZƏR" KLİNİKASINDA
HƏKİM QURBANI-BU DƏFƏ "XƏZƏR" KLİNİKASINDA








Dövrü mətbuatda,elektron kütləvi informasiya orqanlarında dəfələrlə dövlət və özəl tibb müəssisələrində həkim məsuliyyətsizliyi,həkim səhlənkarlığı ucbatından əziyyət çəkən "pasiyent"lərlə bağlı müntəzəm tənqidi yazılar dərc olunsa da bu sahədə vəziyyət düzəlmirki düzəlmir.
Bakıxanov qəsəbəsi Ə.Kərimov küçəsinin sakini Məlikova Badam Dadaş qızı da həkim savadsızlığının qurbanlarındandır.Səhv və savadsızcasına həyata keçirilən əməliyyat az qala onun həyatını itirməsinə gətirib çıxaracaqdı.

Onun başına gələnlərlə,əslində sözün əsl mənasında tam bir məcara filmini xatırladan həyat hekayəsilə oxucularımızı da tanış edək.

2009-cu ildə boğazında narahatçılıq hiss etdiyindən bir çox tibb müəssələrinə müraciət etmiş,həmin vaxt ona əməliyyat olunmasını bildirilmişlər.Bundan sonra əməliyyat olunmaq üçün təcrübəli həkim axtaran zaman "Xəzər"Klinikasinda tibb bacısı işləyən qohumu Adilə Zeynalova ona həmin klinikada Lalə adlı həkim işlədiyini bildirib və onu həmin şəxslə tanış etmişdir.Lalə Qasimova ilə tanış olduqdan sonra sonuncu onu müayinə edib boğaz nahiyyəsində cərrahiyə əməliyyatı aparmağı öz öhdəsinə götürmüş,eyni zamanda Lalə həkim ona əməliyyatını klinikada işləyən təcrübəli cərrah Cabbar Cəlilovla birlikdə kecirəcəyini demişdir.Həmən vaxtlarda oğlu Malik Məlikzadənin burnunda artiq ət olmasından əziyyət cəkdiyi ucun Lalə xanımla oğlunun da əməliyyat etdirilməsinə razilasmışlar.Həm onun,həm də oğlunun əməliyatı üçün Lalə Qasimovaya 450 manat pul vermişdir.

HƏKİM QURBANI-BU DƏFƏ "XƏZƏR" KLİNİKASINDA
09 noyabr 2009-cu ildə o və oğlu Malik "Xəzər" klinikasında əməliyyat olnmuşlar.

Onun əməliyyatı təxminən 4 saata yaxın çəkmiş,əməliyyatdan sonra Lalə xanım guya onun əməliyyatı zamanı əziyyət çəkdiklərini bildirib onlardan daha 50 manat pul almışdır.Oğlu Malik əməliyyatdan 1-2 saat sonra,o isə bir gün sonra evə buraxılmışdır.
Əməliyyatdan sonra 3-4 gun keçsə də boynunun sağ nahiyyəsində narahatçılıq hiss etməyə başlamış,sanki həmin nahiyyədən nəyinsə bogazına batmasını hiss etmişdir.Bununla bağlı qohumu Adiləyə zəng edib bildirəndə sonuncu ona əməliyyatı zamanı iynə qırılmasını,ola bilsinki,həmin iynə qırığının əməliyat nahiyyəsində qaldığını demişdir.Sonradan həyat yoldası Asifə bu baradə deyəndə sonuncu ona bildirmişdi ki,əməliyyatı zamanı iynə qırıldığı üçün həkimlər tərəfindən qırılmıs iynənin əməliyyat olunan nahiyəyə düşüb-düşməməsi yoxlanılmış,həmin vaxt onu rentgen etmişlər və bogazinda iynə qırıığının qalmasını askar etməmişlər.Lalə həkimin deməsinə görə ola bilər ki,qırılmış iynə qıriğı əməliyyat zamanı istifadə edilmiş pambıq tomponlara yapışmışdır.Sonradan o yenidən "Xəzər " kilinkasina getmiş,Lalə həkimin qəbulunda olan zaman sonuncu yenidən onu rentgen müayinəsi edərək əməliyyat zamanı qırılmış iynə qırığının boğazında qalmadığını,boynunda olan tikişlərin ona narahatçılıq verdiyini və həmin narahatçılığın tədricən keçəcəyini bildirmişdir.Lakin həmin vaxtdan xeyli muddət keçməsinə baxmayaraq boynunda hiss etdiyi narahatçılıq keçməmişdir.Bir neçə dəfə yenidən Lalə xanıma müraciət etsə də sonuncu hər dəfə onun müxtəlif dərmanlar qəbul etməsini məsləhət görmüş,heç bir problem olmadığını,sadəcə psixoloji olaraq özündə asılılıq yaratdığını bildirmişdir.
4-5 yanvar 2014-ci il tarixlərdə dişini müayinə etdirərkən "Medilife" kliniasında rentgen olunan zaman boynunun sağ nahiyyəsində,yəni əməliyyat olunduğu nahiyyədə yad cisim olduğu askar edilmişdir.
Bundan sonra o həyat yoldasi ilə birlikdə Lalə xanıma və Cabbar həkimə müraciət etmişdir.Sonradan Lalə xanımın öz işdirakı ilə Mərkəzi Klinikada,Bakı Klinikasında və Mərkəzi Neftçilər Xəstəxanasında müayinə olunmuş və hər üç müayinənin nəticəsində onun boynunun sağ nahiyyəsində iynəyəbənzər metalik yad cisim olması deyilmişdir.Sonradan onlar əməliyyat üçün bir sıra tibb müəssələrinə müraciət etsələr də həmin yad cisimin sinirlərin sıx olduğu yerdə yerləşdiyindən əməliyyatın riskli olduğunu və fəsadlar verə biləcəyi bildirilmişdir.Hazırda yalnız İsraildə olan qohumları vasitəsilə əlaqə saxladığları bir klinika bu əməliyyatı heç bir fəsad olmadan edə biləcəyini öz üzərinə ğötürmüşdir.

B.Məlikovanın yaxınları bu məsələni hüquqi müstəviyə çıxarmaq niyyətindədirlər. “Az qala ölümünə bais olacaqları xəstənin bu günkü müqəddəratına görə ən azı qanun qarşısında cavab verməlidirlər.Üstəlik,bizə dəyən həm maddi, həm də mənəvi ziyana görə təzminat da tələb edirik”, - deyə onlar bildirdilər.

"AzerTaym.az"






Fikirlər