Akif Çovdarovun cinayət dosyesində daha bir sensasion epizod üzə çıxdı

Akif Çovdarovun cinayət dosyesində daha bir sensasion epizod üzə çıxdı

“Karvansaray” ticarət mərkəzi sahiblərindən işgəncələrin sonucu olaraq alınıb; 8 aylıq təzyiqlərdən sonra Nizami Quliyev 30 milyonluq əmlakı əldən verib...

 

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işi hazırda Bakı Hərbi Məhkəməsinin icraatındadır. Proses qapalı keçirildiyindən Çovdarovun cinayət epizodlarının bir çoxu geniş ictimaiyyət üçün mübhəm olaraq qalmaqdadır. 
Bu gün iş üzrə zərərçəkmiş şəxslərin siyahısında “8-ci km bazarı”nın keçmiş sahibi Səfərov Cəfər Qürbət oğlu, onun qardaşı Səfərov Salman Qürbət oğlu, Əzimov Akif Mirzə oğlu, Novruzov Əyyub İsmayıl oğlu, Qurbanov Şahmar Sərdar oğlu, “Real” MTK tikinti şirkətinin həbsdə olan rəhbəri İlham Qasımov, onun oğlanları Nurlan və Lətif, qardaşı İslam Qasımov, Mirzəyev Tahir Əliş oğlu, Orucov Namiq Xudakərim oğlu, Quliyev Gülağa Məhərrəm oğlu, İbrahimov Tofiq Telman oğlu (Rusiyada yaşayır), “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundovun şəriklərindən biri olduğu deyilən, hazırda həbsdə olan biznesmen Quliyev Azər Cəlil oğlu, İmanov Şehman Məlik oğlu, Tağıyev Sədiyar Mübariz oğlu, Aşurbəyov İlqar Əziz oğlu, MTN-in sabiq əməkdaşı Rəcəbov Tofiq Zəbulla oğlu, Bakı Metropoliteninin keçmiş sədri Tağı Əhmədov, onun qardaşı oğlu Şövqü Əhmədov, onların qohumları Elşən Tağıyev, Kürdəmir Rayon İcra Hakimiyyəti (RİH) Başçısı Aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdirinin müavini Şükürov Əşrəf Xancan oğlu, Kürdəmir RİH-in keçmiş başçısı Məlikov Fəxrəddin Süleyman oğlu və digərlərinin adları var.
Bir müddət əvvəl APA-nın yaydığı xəbərdə bildirilirdi ki, iş üzrə şahid qismində milli təhlükəsizlik nazirinin müavini olmuş general Hilal Əsədov, onun həyat yoldaşı Nüşabə Əsədova, Akif Çovdarovun oğlu Ruslan Çovdarov, qızı Aidə Çovdarova, Akif Çovdarovun qohumu olduğu bildirilən Qulu Cəfərov və digərləri ifadə verəcəklər. Bu sayımızda A.Çovdarovun cinayət dosyesində yer alan “Karvansaray” ticarət mərkəzinin ələ keçirilməsi epizodunu diqqətə çatdırırıq. 
Image result for “Sədərək” və “Binə” ticarət mərkəzləri
Bakının Qaradağ rayonunda, “Sədərək” və “Binə” ticarət mərkəzlərinin yaxınlığında yerləşən “Karvansaray” ticarət mərkəzi sahiblərindən 2012-ci ildə zor və işgəncələrdən sonra alınıb. Ticarət mərkəzində payı olmuş Elşən Kərəm oğlu istintaqa ifadələrində deyib ki, “Karvansaray” MMC-ni  20-yə yaxın sahibkar 2010-cu ildən tikdirməyə başlayıb. Tikintiyə ümumilikdə 20 milyon manata yaxın vəsait qoyulub. 2012-ci ilin əvvəllərində A.Çovdarov “Karvansaray” MMC-nin rəhbəri Nizami Quliyevdən Eldar Mahmudov üçün 20 mağaza istəyib. Mağazaları vermək istəməyən sahibkarların qara günləri də elə bundan sonra başlayıb. 
 
Image result for “Binə” ticarət mərkəzləri
Ticarət mərkəzini tikən podratçı şirkətin rəhbərliyinə sahibkarlardan MTN-ə şikayət yazdırıblar. Bundan sonra hazırda Akif Çovdarovla müttəhimlər kürsüsünü bölüşən işçisi Səlim Məmmədov 2 ay ərzində ticarət mərkəzində yoxlama aparıb və sahibkarların podratçı şirkətə 4 milyon pul ödəməli olduğunu haqda saxta sənəd hazırlayıb. Həmin borcu isə sonradan 40 mağaza ilə əvəzləşdiriblər. Sahibkarlar düşünüblər ki, bununla problemləri bitib və mərkəzin açılışına hazırlığa başlayıblar. Lakin yenidən ticarət mərkəzinin qapısında MTN-çilər peyda olublar. Bu dəfə “Karvansaray” rəhbəri heç bir əsaslı səbəb olmadan MTN-ə, Akif Çovdarovun, ardından isə Hilal Əsədovun hüzuruna aparılıb. Ondan ticarət mərkəzini təhvil verib kənarlaşması tələb edilib. 
Image result for Çovdarov
Sahibkarın istintaqa dediklərindən: “Bizim MMC-nin rəhbərini Akif Çovdarov yanına çağırıb təhqir edir, söyürdü. Növbəti gün də Hilal Əsədov bunu təkrar edirdi. 8 aylıq dəhşətlərdən sonra ”Karvansaray" MMC-nin təsisçilik hüququ Eldar Mahmudovun yaxın qohumu Dilrübə Məhəmməd qızı İmranovanın adına keçdi. Dedilər ki, Dilrübə İmranova Eldar Mahmudovun həyat yoldaşının əmisi qızıdır. Dilrübə İmranova ora gəlib-getmirdi. Məni də icraçı direktor vəzifəsindən çıxarıb ora Natiq Hümbətovu qoydular. Dedilər ki, Natiq Hümbətov Akif Çovdarovun bacısı oğludur. Tutub bütün əmlakımızı əlimizdən aldılar, özümüzü də çöllərdə qoyublar. Hərəmiz ora əlimizdə olan pulu qoyub işləyib vergi ödəyəcəkdik. Əlimizdən aldılar. Biz heç kimə şikayət edə bilmirdik. Şikayət etsəydik, bizi də ora aparacaqdılar. Bir adamın ki, şəxsi türməsi olub, biz ona nə edə bilərdik?"
Image result for “Karvansaray” ticarət mərkəzi
Yada salaq ki, “Karvansaray” ticarət mərkəzi Bakının Qaradağ rayonu ərazisindəki digər iki ticarət mərkəzinin - “Binə” və “Sədərək” ticarət mərkəzlərinin qonşuluğundadır. 
Qeyd edək ki, Akif Çovdarova Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə yekun ittihamlar irəli sürülüb. 
Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.






Fikirlər