21.05.2014. - Azərbaycanda leysan və dolu gözlənilir

21.05.2014. - Azərbaycanda leysan və dolu gözlənilir21.05.2014. - Azərbaycanda leysan və dolu gözlənilir










Azərbaycanda havanın temperaturu bu gün bir qədər də enəcək, bəzi ərazilərdə leysan olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, mayın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraiti qeyri-sabit keçəcək, arabir yağış yağacağı gözlənilir. Mayın 21-də küləkli hava şəraiti davam edəcək, arabir güclənən şimal-qərb küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 14-18, gündüz 20-25 dərəcə isti olacaq.

Aran rayonlarında havanın temperaturu gecə 13-18, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun yaydığı press-relizdə qeyd olunub ki, ölkə ərazisində müşahidə olunan anomal isti hava şəraitindən sonra mayın 20-də qərb rayonlarından başlayaraq havanın dəyişəcəyi, mayın 23-dək qeyri-sabit keçəcəyi, temperaturun 5-8 dərəcə aşağı enəcəyi, şimal küləyinin güclənəcəyi, arabir yağış yağacağı, əsasən gecə və axşam saatlarında şimşək çaxacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var.






Fikirlər