Bakıya qar yağır - FOTO
Bakıya qar yağır. BakiPost.az xəbər verir ki, yağıntı paytaxtın nisbətən yüksək ərazilərində, xüsusən də Yasamalda müşahidə olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti də faktiki hava şəraitini açıqlayıb. Açıqlamada bildirilir ki, dünən günorta saatlarından bu gün səhərə kimi ölkədə qeyri-sabit hava şəraiti müşahidə olunub. Bəzi yerlərdə sulu qar, qar yağıb, ayrı-ayrı yerlərdə intensiv olub. Şimal-qərb küləyi əsib, bəzi rayonlarda, Bakıda və Abşeron yarımadasında güclənib. Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 2-6 mm olub.