Azərbaycanda “elektron pulqabı” istifadəyə VERİLDİ
“Wallet One” beynəlxalq ödəniş sistemi Azərbaycanda “elektron pulqabı”nı istifadəyə verib.Bu barədə elektron ödəniş sistemi bazarındakı mənbə bildirib.
“Wallet One” sistemi internet vasitəsilə xidmətlərin ödənişi, pulköçürmə və s. kimi maliyyə əməliyyatlarının aparılması üçün tətbiq edilir. Elektron pulqabının balansını “eManat” ödəniş terminalları vasitəsilə, bank kartlarından istifadə ilə onlayn şəkildə və banklarda doldurmaq olar.
“Elektron pulqabı”nın köməyi ilə mobil telefon və ya kompüter vasitəsilə mal və xidmətlərə görə sürətli ödənişlər etmək olar.
Bu tətbiq “iOS” və “Android” əməliyyat sistemləri əsasında işləyən mobil qurğular üçün əlçatandır.(Trend)