“Moody`s” ABB-nin reytinqlərini endirib – Poqnoz NEQATİVDİR

beynelxalq-bank

Moody`s” beynəlxalq reytinq agentliyi “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin xarici valyutada uzunmüddətli və qısamüddətli depozit reytinqini “Ba3″ bəndindən “B1″ bəndinədək endirib.

Agentlikdən “APA-Economics”ə verilən məlumata görə, bununla yanaşı, bankın prioritet təmin olunmamış borcu üzrə reytinqi “Ba3″ bəndindən “B1″ bəndinədək, uzunmüddətli xarici öhdəlikləri üzrə reytinqi isə “B1″ bəndindən “B2″ bəndinədək aşağı salınıb.

Paralel olaraq, qısamüddətli depozit reytinqi və kontragentin risk qiymətləndirməsi “Not-Prime” səviyyəsində təsdiqlənib.
Bankın uzunmüddətli və təmin olunmamış depozit reytinqləri üzrə proqnoz neqativdir.
Agentlik reytinqlərin endirilməsinin əsas səbəbi kimi 2016-cı ilin sonunda bankın maliyyə dayanıqlılığının pozulmasını göstərir.

“Bank öz risklərini heçləşdirmək imkanı tapmayıb. Halbuki belə bir niyyət olub. Yaxın zamanda baş tutan 600 mln. manatlıq kapitalizasiyaya baxmayaraq, 2017-ci ilin yanvarın 23-nə əsasən bankın kapital mövqeyi neqativdir. Buna isə əvvəllər yığılmış zərər səbəb olub“, – deyə agentliyin açıqlamasında bildirilir.






Fikirlər