“MOODY's” iqtisadiyyatı ÇƏTİN vəziyyətdə olan ölkələrin adlarını açıqladı

“Moody's” iqtisadiyyatı çətin vəziyyətdə olan ölkələrin adlarını açıqladı“Moody's” beynəlxalq reytinq agentliyi neftin qiymətinin aşağı düşməsi ilə bağlı iqtisadiyyatı çətin vəziyyətdə olan ölkələri araşdırıb.

ANS PRESS-in məlumatına görə, sözügedən ölkələr arasında Rusiya və Səudiyyə Ərəbistanı da var.
“Moody's” qlobal bazarlardakı qiymət düşmələrinin təsirindən büdcələri sarsıdılan neft istehsalçı və ixracatçı ölkələr üçün daha bir zərbənin kredit olduğunu açıqlayıb. Beynəlxalq kredit dərəcələrini müəyyənləşdirərkən agentlik neft ixracatçıSI olan 6 ölkələrin kredit reytinqlərini aşağı salıb.
Reytinqi düşmüş ölkələr
“Moody's” bildirir ki, 2016-cı ilin fevral ayında Rusiyada Ümumi Daxili Məhsulun (ÜDM) həcmi 2,5% -ə qədər aşağı düşüb. J.P.MORGAN isə neftin qiymətinin bir barelinin 31 dollar olduğu halda belə bundan sonra Rusiyada ÜDM-in 1,5% daha azalacağını qeyd edib.
Beynəlxalq agentlik Bəhreynin də kredit reytinqinin azaldığını və azalamanın davam edəcəyini bildirib. “Moody's” yalnız neft istehsalçı və ixracatçı olan Norveçin kredit reytinqini araşdırmalar nəticəsində dəyişməz olduğunu vurğulayıb.
Beynəlxalq reytinq agentliyi - kredit reytinqlərinin verilməsi və araşdırmalarla məşğuldur. “Moody's” "Standard & Poors" və "Fitch Ratings" ilə yanaşı beynəlxalq reytinq agentlikləri arasında "böyük üçlüyünə" daxildir. Agentliyin rəhbəri 2007-ci ildən Reymond Makdanieldir.
Raymond Makdaniel - “Moody's” beynəlxalq agentliyin rəhbəri.
AzerTaym.az






Fikirlər