“Nə gəldi yazırlar...” - C.QURBANOV

 

““Nə gəldi yazırlar...”

 "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov "Standard & Poor`s" (S&P) beynəlxalq agentliyinin cəmiyyətin uzunmüddətli kredit reytinqini "BB+" səviyyəsindən "BB-" səviyyəsinədək endirməsinə münasibət bildirib.


"AzerTaym.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, jurnalistlərlə söhbətində C.Qurbanov bildirib ki, reytinqin birdən-birə aşağı salınmasının səbəbini başa düşməyib.

Onun sözlərinə görə, bir dəstə reytinq agentliyi yığılıb, nə gəldi yazırlar.

"Necə oldu ki, reytinq 6 ay öncə yüksək idi, indi aşağıdır? Bilmək olarmı, nə dəyişib ki, bunlar reytinqi aşağı salıb? Əlbəttə ki, bu, neqativdir. Amma nə edək?

Çalışacağıq ki, düzəldək. Kim bizimlə əməkdaşlıq etmək istəyirsə, biz buna hazırıq. Mən bilmirəm ki, onlar niyə elə yazıb.

Bizə müraciət etsinlər. Reytinq agentliyi necə bilə bilər ki, idarəetmədə qüsur var? Mən öz işimlə, yükdaşıma ilə məşğulam. Biz inkişaf etməyə çalışırıq. Gələcəkdə reytinq öz-özünə düzələcək"-deyə, o, sözlərinə əlavə edib.






Fikirlər