Rüşvət verənlər də həbs olunacaq - Azərbaycanda YENİLİK
Azərbaycanda rüşvətə görə cəzalar sərləşdirilir.Belə ki, rüşvətvermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxs üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsinə görə cəzalar ağırlaşdırılır. AzerTaym.az cebhe.az-a istinadən xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik təklif edilib. Məcəllənin 312.1-ci bəndinə əsasən, bu əməllərə görə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəza nəzərdə tutulur. Milli Məclis layihəni müzakirəyə çıxarmağa hazırlaşır. Qeyd edək ki, 312.2 vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvətvermə və ya təkrar rüşvət verməyə görə isə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəza nəzərdə tutulur. Bundan sonra 312.1-ci bəndinə təklif edilən dəyişikliyə əsasən, bu əməllərə görə beş min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Həmçinin, 312.2-ci bəndinə təklif edilən dəyişikliyə əsasən isə vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvətvermə və ya təkrar rüşvət verməyə görə isə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzanın verilməsi təklif edilir.